Tədris elektron mərkəzinin açılışı olub

20/11/2010

Noyabrın 22-də Böyük Elmi Şuranın növbəti iclasında Tədris elektron mərkəzinin fəaliyyətə başlaması haqqında qərar qəbul edilib və həmin gün mərkəzin açılışı olub. Açılış mərasimində çıxış edən rektor, akademik Abel Məhərrəmov Tədris elektron mərkəzinin yaranma zərurətindən, fəaliyyət istiqamətindən bəhs edib. Rektorun sözlərindən məlum olub ki, qurum BDU-nun 2006-cı ildən etibarən Boloniya prosesinə qoşulması ilə əlaqədar bu prosesin prinsiplərinin həyata keçirilməsinə ciddi nəzarət edilməsi məqsədilə yaradılıb.

Mərkəz, eyni zamanda, universitetdə bakalavriat və magistratura pillələri üzrə tədris prosesinin gedişinə, imtahan sessiyasının mütəşəkkil keçirilməsinə, ayrı-ayrı fənlər üzrə kreditlərin yerinə yetirilməsinə, distant təhsil tətbiqinin genişləndirilməsinə və tədrisin keyfiyyətinin yüksəldilməsinə nəzarətin daha da gücləndirilməsi işini yerinə yetirir.

Açılış mərasimində iştirak və çıxış edən professor-müəllim heyəti Tədris elektron mərkəzinin əhəmiyyətini vurğulayıb, bu sistemin tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edəcəyinə əmin olduqlarını bildiriblər.

 

Mətbuat və informasiya şöbəsi

 

Xəbərlər

XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub

XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub
25/10/2026

BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü

BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü
25/10/2026

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş
24/10/2026