Tədris proqramlarının keyfiyyətinin təmin edilməsi üzrə online sənədləşmə sistemi

23/09/2013

Bu gün Bakı Dövlət Universitetində Tədris Proqramlarının Keyfiyyətinin Təmin Edilməsi üzrə Sənədləşmə - DOQUP - TEMPUS layihəsi çərçivəsində « Tədris proqramlarının keyfiyyətinin təmin edilməsi üzrə online sənədləşmə sisteminin tətbiqi adlı seminar » öz işinə başlayıb. Bakı Dövlət Universitetinin təşkilatçılığı ilə keçirilən seminar 2 gün davam edəcək və növbəti gün öz işini Qafqaz Universitetində davam etdirəcək.

Seminarı açan BDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, professor İradə Əliyeva öncə iştirak edən xarici ölkə universitetlərinin nümayəndələrinə BDU haqqında məlumat verib. Prorektor İ.Əliyeva daha sonra müzakirə olunacaq məsələlər haqqında danışıb. Məlum olub ki, seminarda tədris proqramlarının keyfiyyətinin təmin edilməsi və təkmilləşdirilməsi, əmək bazarının tələblərinə uyğun olaraq kadrların hazırlanması, tədris proqramlarının keyfiyyətinin təmin edilməsi üzrə məlumatların toplanması, işlənməsi və təqdim edilməsi, hər bir partnyor universitetin hazırladığı məlumatların və tədris proqramlarının keyfiyyətinin təmin edilməsi və s. məsələlər müzakirə ediləcək.  Müzakirə edilən mövzu ətrafında İtaliya, Slovakiya, Almaniya, İspaniya, Qazaxıstan, Qırğızıstan, Tacikistandan olan nümayəndələr çıxış edib, maraqlı təkliflər səsləndiriblər.

Mətbuat və informasiya şöbəsi, 23 sentyabr 2013-cü il.

Xəbərlər

BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur

BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur
16/09/2026

BDU-da “Suveren Azərbaycan - qürurumuz, Zəfərimiz” mövzusunda tələbələrlə görüş

BDU-da “Suveren Azərbaycan - qürurumuz, Zəfərimiz” mövzusunda tələbələrlə görüş
16/09/2026

İsrailin Kaye Akademik Təhsil Kollecinin layihə rəhbəri BDU tələbələrinə mühazirə deyib

İsrailin Kaye Akademik Təhsil Kollecinin layihə rəhbəri BDU tələbələrinə mühazirə deyib
16/09/2026