Tehranın Şərif Universitetinin professoru BDU-nun Nano Araşdırmalar Mərkəzində seminarda çıxış edib

02/12/2019

Tehranın Şərif Universitetinin Fizika fakültəsinin professoru Söhrab Rahvar Bakı Dövlət Universitetinin Nano Araşdırmalar Mərkəzində “Nobel Prize in Cosmology (2019): Our understanding from the evolution of the Universe to our place in cosmos” mövzusunda seminarda çıxış edib.

Seminarda 2019-cu ilin Nobel mükafatçılarının tədqiqatlarından danışılıb. Mövzu üzrə Böyük Partlayış (“Big Bank”) nəzəriyyəsi və onun həll olunmayan problemləri ətrafında müzakirələr aparılıb. Kainatın təkamülünün müxtəlif mərhələlərində baş verən fiziki proseslər haqqında əraflı məlumat verən professor Söhrab Rahvar, əsas diqqəti qravitasiya mikrolinzalaşdırma üsulu ilə kosmik obyektlərinin öyrənilməsinə yönəldib.

Seminarda Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Nano Araşdırmalar Mərkəzinin, Fizika Problemləri İnstitutunun və Astrofizika kafedrasının əməkdaşları, doktorant və magistrantları iştirak ediblər.

KİV-də yayımlananlar

 

Xəbərlər

BDU-da ilk dərs günündən 107 il ötür

BDU-da ilk dərs günündən 107 il ötür
15/11/2026

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
15/11/2026

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026