Məktəblilər BDU-nun Təkamül muzeyini ziyarət ediblər

02/06/2022

Bakı şəhərindəki 170 nömrəli məktəbin X sinif şagirdləri Bakı Dövlət Universitetinin (BDU) Təkamül muzeyini ziyarət ediblər.

Muzeyin müdiri Yeganə Əliyeva qeyd edib ki, Qafqazda bu sahədə yeganə olan muzey 1937-ci ildə professor Mirəli Axundovun təşəbbüsü ilə yaradılıb.

Şagirdlərə muzeydəki eksponatlar haqqında ətraflı məlumat verilib. Bildirilib ki, ziyarətçilər təkamül prosesini 2461 eksponatdan ibarət əyani vəsait əsasında izləyə bilirlər. Paleozoy, mezozoy, kaynozoy eralarına dair toplanmış eksponatlar muzeydə onların tarixi inkişafına uyğun olaraq ardıcıllıqla yerləşdirilib.

Muzeydə həmçinin kənd təsərrüfatının yeni, məhsuldar bitki sortları, heyvan cinslərinin yaradılmasının nəzəri əsaslarını hərtərəfli şərh edən və onun hərəkətverici qüvvəsinin süni seçmə olduğunu göstərən müxtəlif ekspozisiyalar da nümayiş etdirilir.

Şagirdlər muzeydə Azərbaycanın faunasını əks etdirən ekspozisiyalarla da tanış olublar. Burada 70-dək quş növünün (kəklik, qartal, tovuz, turac, ördək və s.) müqəvvaları qorunub saxlanılır.

Xəbərlər

BDU-nun 45 məzunu Dövlət Proqramı çərçivəsində xaricdə magistratura və doktorantura səviyyələri üzrə təhsillərini davam etdirəcək

BDU-nun 45 məzunu Dövlət Proqramı çərçivəsində xaricdə magistratura və doktorantura səviyyələri üzrə təhsillərini davam etdirəcək
28/07/2026

XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında ölkəmizi təmsil edəcək komanda müəyyənləşib

XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında ölkəmizi təmsil edəcək komanda müəyyənləşib
28/07/2026

BDU rektoru abituriyentlərlə görüşüb

BDU rektoru abituriyentlərlə görüşüb
28/07/2026