“TEKNOFEST-2023”ün qalibi olan BDU komandaları böyük coşqu ilə qarşılanıb

02/05/2023

27 aprel – 1 may tarixlərində Türkiyədə keçirilən “TEKNOFEST-2023” Aerokosmik və Texnologiya Festivalında Bakı Dövlət Universitetini (BDU) uğurla təmsil edərək qələbə qazanan komandalarımız Vətənə qayıdıblar.

Heydər Əliyev adına Beynəlxalq Hava Limanında BDU-nun qalib TEKNOFEST komandalarını BDU-nun tələbə və əməkdaşları böyük təntənə və sevinclə qarşılayıblar.

Qeyd edək ki, BDU festivalda 4 komandanın 6 layihəsi ilə təmsil olunub. BDU-nun “BSU Creativity Workz” komandasının “Driver’s Eye (avtomobil qəzalarını əvvəlcədən müəyyənləşdirərək sürücünü xəbərdar edən elektron sistem)” layihəsi festivalda I yerə, “Humantek” komandasının “Ağıllı damla sulama sistemi (torpağın mineral tərkibi, rütubət səviyyəsi, havanın temperaturu və təzyiqi kimi məlumatların toplanaraq mərkəzi stansiyaya naqilsiz ötürülməsi üçün əkin sahələrinin müxtəlif yerlərində günəş enerjisi ilə qidalanan kiçik stansiyalar)” layihəsi isə III yerə layiq görülüb.

Komandaların səfər xərclərinə “Bayramlı Group” MMC əlavə dəstək verib.

Komandaların səfər xərclərinə “Bayramlı Group” MMC əlavə dəstək verib.
Xəbərlər

Dövlət Məşğulluq Agentliyi BDU-da “Müsahibə mərhələsinə hazırlıq” mövzusunda təlim keçirib

Dövlət Məşğulluq Agentliyi BDU-da “Müsahibə mərhələsinə hazırlıq” mövzusunda təlim keçirib
25/11/2026

BDU ilə Litvanın Vilnüs Gediminas Texniki Universiteti arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

BDU ilə Litvanın Vilnüs Gediminas Texniki Universiteti arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
25/11/2026

BDU-nun SABAH qruplarının məzunu Böyük Britaniyanın Suonsi Universitetinin müəllim heyətinə seçilib

BDU-nun SABAH qruplarının məzunu Böyük Britaniyanın Suonsi Universitetinin müəllim heyətinə seçilib
25/11/2026