Rektor Elçin Babayev “TEKNOFEST-2023”də iştirak edən BDU komandalarının üzvləri ilə görüşüb

04/05/2023

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev İstanbulda keçirilən “TEKNOFEST-2023” Aerokosmik və Texnologiya Festivalında uğurla çıxış edən BDU komandalarının üzvləri ilə görüşüb.

Rektor komanda üzvlərini festivalda I və III yeri tutaraq böyük qələbə qazanmaları münasibətilə təbrik edib, bunun Azərbaycanın və BDU-nun böyük uğuru olduğunu bildirib. Rektor diqqətə çatdırıb ki, bu hadisə BDU-nun və komanda üzvlərinin həyatında dönüş nöqtəsi, gələcək uğurların başlanğıcı sayıla bilər.

Elçin Babayev qalib layihələrin müəlliflik hüququnun qorunacağını və patent almaq üçün Əqli Mülkiyyət Agentliyinə müraciət ediləcəyini bildirib.

Sonra “TEKNOFEST-2023”də iştirak edən BDU komandalarının üzvləri festival təəssüratlarını və qələbə sevinclərini bölüşüblər.

Qeyd edək ki, BDU-nun 4  komandası 6 layihəsi ilə "TEKNOFEST-2023"ün finalına çıxıb. Onlardan “BSU Creativity Workz” komandası “Driver’s Eye (avtomobil qəzalarını əvvəlcədən müəyyənləşdirərək sürücünü xəbərdar edən elektron sistem)” layihəsi ilə festivalda “Ağıllı nəqliyyat” kateqoriyası üzrə 109 finalçı arasında I yerə, “Humantek” komandası isə “Ağıllı damla sulama sistemi (torpağın mineral tərkibi, rütubət səviyyəsi, havanın temperaturu və təzyiqi kimi məlumatların toplanaraq mərkəzi stansiyaya naqilsiz ötürülməsi üçün əkin sahələrinin müxtəlif yerlərində günəş enerjisi ilə qidalanan kiçik stansiyalar)” layihəsi ilə “Aqrar texnologiyalar” kateqoriyasında 73 finalçı arasında III yerə layiq görülüb. Komandaların səfər xərclərinə “Bayramlı Group” MMC əlavə dəstək verib.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024