THİK BDU-da magistraturaya hazırlaşan bakalavrlar üçün pulsuz izzahlı sınaq imtahanı keçirib
Bakı Dövlət Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsi bakalavr pilləsində təhsil alan tələbələrin çoxsaylı müraciətlərini nəzərə alıb magistiraturaya hazırlaşan tələbələr üçün öz daxili imkanları hesabına məntiq, informatika və xarici dildən ibarət pulsuz izahlı sınaq imatahanlarını bu tədris ilində də davam etdirir. Bu ilki tədris ilində ilk bele sınaq imtahanı 13 oktyabr tarixində saat 11-00-da təqribən 150 tələbənin iştirakı ilə Bakı Dövlət Universitetinin iki sayılı tədris korpusunda 6 müxtəlif auditoriyada baş tutub. Əvvəlcə Bakı Dövlət Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərov sınaq imtahanına qatılan tələbələrlə görüşüb. Görüşdə D. Qənbərov qeyd edib ki, bu sınaq imtahanlarını pulsuz təşkil etməklə Bakı Dövlət Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsi bir daha tələbələrə onların heç bir problemini diqqətdən kənarda qoymadıqlarna əyani bir nümunədir. Tələbələrin ixtisas fənnlərindən başqa bütün digər pridmetlərdən bu sınaq imtahanında özlərini sınaya biləcəklərini söyləyən Daşqın müəllim, imtahanın sonunda sual kitabçasında olan sualların universitetin həmin ixtısaslar üzrə tanınmış mütəxəssisləri tərəfində bir daha tələbələrə izzah olunacağını da bildirdi. Sonda Daşqın Qənbərov onu da qeyd edib ki, bu izzahlı sınaq imtahanları tələbələrin magistraturaya qəbul üçün əsas imtahanına hazırlıq xarakteri daşıyır və bu sınaq tələbələrdə özünə inamı artırmağa hesablanıb.
THİK sədri, eyni zamanda, bu kimi tədbirlərin gələcəkdə davam etdiriləcəyini və təşkilat olaraq tələbələrin daima yüksək təhsil göstəricilərinə nail olmaları üçün çalışacağını bildirdi.
Mətbuat və informasiya şöbəsi, 16 oktyabr 2012-ci il.