“Thomson Reuters” agentliyinin nümayəndələri BDU-da olublar

06/07/2018

“Thomson Reuters” Agentliyinin Elmi tədqiqatlar və intellektual mülkiyyət departamentinin Təhsil Proqramları şöbəsinin müdiri Valentin Boqorov, Azərbaycan üzrə nümayəndəsi Aygün Babazadə Bakı  Dövlət Universitetində  olublar.  Qonaqları universitetdə görməsindən məmnun olduğunu deyən rektor, akademik Abel Məhərrəmov onlara universitetin elmi nailiyyətləri, beynəlxalq əlaqələri haqqında məlumat verib. Rektor dünyada gedən elmi-tədqiqat işləri haqqında alimlərimizin məlumatlı olması üçün “Thomson Reuters”in xidmətlərinin təqdirəlayiq olduğunu bildirib. Valentin Boqorov və Aygün Babazadə “Thomson Reuters” və “Web of Science”in elmi məlumatlar bazası haqqında danışıb, yeniliklər barədə ətraflı məlumat veriblər. Eyni zamanda agentliyin müəyyənləşdirdiyi indenksli jurnallarda BDU alimlərinin məqalələrinin ildən-ilə artdığını və yüksək göstəricilər qazandıqları da xüsusi vurğulayıb.

Görüşdə həmçinin BDU-nun qarşıdan gələn 100 illik yubileyi ilə əlaqədar gözlənilən tədbirlər planı da müzakirə edilib. Qərara alınıb ki, “BDU Thomson Reuters Agenliyinin gözü ilə” işçi adlı xüsusi birgə buraxılış hazırlansın və BDU-nun 100 illiyi ilə bağlı tədbirlərdə təqdim edilsin.

Bundan başqa, görüşdə universitetin yeni nəşr etdiyi Low Dimensional Systems və Jomard Publishing nəşriyyatı ilə birlikdə təsis edilmiş New Materials, Compounds and Applications jurnalları, onların Thomson Reuters Agentliyinin bazalarına daxil edilməsi perspektivləri də müzakirə edilib.

Qeyd edək ki, görüşdə BDU-nun Elm və innovasiyalar üzrə prorektoru Aydın Kazımzadə, Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, professor İradə Əliyeva, Xarici tələbələrlə iş üzrə dekan, dosent Gülheyran Rəhimova, Fizika fakültəsinin dekanı, professor Məmmədəli Ramazanov və Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru, BDU-nun Fizika Problemləri İnstitutunun aparıcı elmi işçısi, f.r.e.d. Yusif Qasımov da iştirak edib.

Mətbuat və informasiya şöbəsi, 06 iyun 2018-ci il

Xəbərlər

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 116 il ötür

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 116 il ötür
26/04/2024

XİN-in mətbuat katibi Ayxan Hacızadə BDU-nun Jurnalistika fakültəsində qonaq olub

XİN-in mətbuat katibi Ayxan Hacızadə BDU-nun Jurnalistika fakültəsində qonaq olub
26/04/2024

BDU məzunlarının dövlət qulluğu imtahanlarındakı nəticələrinə görə liderdir

BDU məzunlarının dövlət qulluğu imtahanlarındakı nəticələrinə görə liderdir
26/04/2024