Təhsil naziri Mikayıl Cabbarov BDU-da yeni tədris auditoriyaları ilə tanış olub

19/11/2015

Təhsil naziri Mikayıl Cabbarov Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetində SABAH qruplarının yeni tədris auditoriyalarının təqdimatında iştirak edib.

Təqdimata ali təhsil müəssisələrinin rektorları, müəllim-professor heyəti və tələbələr qatılıb.

Auditoriyalarda yaradılan şərait tələbələrlə həm fərdi, həm də qrup halında tədris aparmağa imkan verir. Yeni tədris mühitində tələbənin və müəllimin mobilliyi təmin edilir ki, bu da müasir informasiya-kommunikasiya texnologiyalarından, dərs vəsaitlərindən daha səmərəli istifadəyə yönəlib. Auditoriyanın yeni tərtibatının əsas hədəflərindən biri də müəllim-tələbə ünsiyyətini yaradıcı məcraya yönəltmək və hər bir tələbənin tədris prosesində fəal iştirakını təmin etməkdir.

Mikayıl Cabbarov SABAH qrupları üçün yaradılan auditoriyada keçirilən “Açıq dərs”i izləyib, tələbələrlə söhbət edib. Onların suallarını cavablandıran nazir yeni tədris mühiti və gələcək karyera imkanları ilə bağlı fikirlərini bölüşüb.

Qeyd edək ki, 11 ali məktəbdə 45 ixtisas üzrə yaradılmış SABAH qruplarında 1629 tələbə təhsil alır. Xüsusi müsabiqə əsasında seçilmiş 500 müəllim həmin qruplarda tədris aparır.

Mətbuat və informasiya şöbəsi, 19 noyabr 2015-ci il.

Xəbərlər

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib
12/09/2026

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib
11/09/2026

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub
11/09/2026