Təhsil nazirinin müşaviri BDU-da ustad dərsi keçib

28/04/2022

Təhsil nazirinin müşaviri Nicat Məmmədli Bakı Dövlət Universitetində (BDU) “Sosial elmlərdə tədqiqat və elmmetriya” adlı ustad dərsi keçib.


BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Sosiologiya və politologiya kafedrasının təşkilatçılığı ilə keçirilən seminarda çıxış edən Nicat Məmmədli
alimlərin yerli və xarici jurnallarda məqalə çapının artırılmasının zəruriliyini qeyd edib, düzgün jurnalların seçilməsi və çapa təqdimi ilə bağlı tövsiyələrini çatdırıb.

Bildirib ki, elmin və texnologiyanın inkişaf etdiyi, elmi kommunikasiyanın həyatımızın mühüm hissəsinə çevrildiyi bir dövrdə elmi jurnalların “Google Scholar”, “Web of Science” və ya “Scopus” beynəlxalq elmmetrik məlumat bazalarına daxil edilməsi  vacibdir.

Seminarda  “Scopus” və “Web of science” kimi beynəlxalq platformalardan istifadə imkanları müzakirə edilib.

Nicat Məmmədli elmi məqalənin dataya əsaslanmaması, metodologiyadan düzgün istifadə edilməməsi və akademik yazı qaydalarına riayət edilməməsinin tədqiqatların keyfiyyətinə təsir edən amillərdən olduğunu diqqətə çatdırıb. Metrik bazalarda indeksləşmə prosesinə diqqət çəkən məruzəçi fərdi profillərin olmaması, institusional bağlılıq kimi problemlərə də aydınlıq gətirib.

Sonda məruzəçi iştirakçıların suallarını cavablandırıb.

 



Xəbərlər

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob
07/11/2026