Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzi müəllimlərin işə qəbulu ilə bağlı seminar keçirib

13/12/2018

Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzi tərəfindən Bakı Dövlət Universitetində pedaqoji ixtisaslar üzrə buraxılış kurslarında təhsil alan tələbələrlə maarifləndirmə məqsədilə dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu prosesi ilə bağlı seminar keçirilib. Seminarın keçirilməsində məqsəd ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu qaydaları, müsabiqənin mərhələləri barədə ətraflı məlumat vermək, ali təhsil müəssisəsinin buraxılış kursunda pedaqoji profilli ixtisaslar üzrə təhsil alan tələbələri sözügedən müsabiqədə iştiraka təşviq etməkdir. Seminar zamanı tələbələrə İnsan Resursları Mərkəzinin fəaliyyəti dövrünü əks etdirən bukletlər paylanılıb, təqdimat nümayiş etdirilib və tələbələrin sualları cavablandırılıb. Eyni zamanda, müəllimlərin işə qəbulu ilə əlaqədar qanunvericiliklə bağlı məlumat verilib və müəllimlərin sosial rifahının yüksəldilməsi istiqamətində görülən tədbirlərin əhəmiyyəti qeyd olunub.


Mətbuat və informasiya şöbəsi, 13 dekabr 2018-ci il.

Xəbərlər

BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir

BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir
06/11/2026

BDU tələbələri Zəfər muzeyində

BDU tələbələri Zəfər muzeyində
06/11/2026

BDU-nun Astrofizika kafedrası bayram günləri üçün kosmik hava proqnozunu açıqlayıb

BDU-nun Astrofizika kafedrası bayram günləri üçün kosmik hava proqnozunu açıqlayıb
06/11/2026