Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Media və təhsil dialoqu” mövzusunda konfrans keçirilib

24/12/2014

Təhsil Nazirliyinin təşkilatçılığı ilə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında və Bakı Ali Neft məktəbində “Media və təhsil dialoqu” mövzusunda konfrans keçirilib. Konfransda Təhsil Nazirliyinin nümayəndələri, ali məktəblərin mətbuat xidmətlərinin və media qurumlarının rəhbərləri iştirak ediblər. Konfransda media ilə yaxşı işləyən bir neçə mətbuat xidməti rəhbərləri Təhsil nazirinin müavini Ceyhun Bayramovun imzası ilə diplomla təltif olunublar. Təltifçilər arasında təhsil sahəsində həyata keçirilən islahatların ictimaiyyətə daha dolğun çatdırılması və media ilə fəal əməkdaşlığa görə Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova da var. Qeyd edək ki, nazirliyin “Universitet saytları: Hörümçək torunda haradasınız?” mövzusundakı təqdimatında ali məktəblərin veb-resursları və virtual aləmdəki fəaliyyəti ilə bağlı aparılan monitorinq iştirakçılara təqdim edilib və hər iki kateqoriya üzrə ilk yer Bakı Dövlət Universitetinin payına düşüb.

Mətbuat və informasiya şöbəsi, 24 dekabr 2014-cü il.

Xəbərlər

Müzəffər Komandan, qalib Ordu

Müzəffər Komandan, qalib Ordu
26/06/2026

BDU süni intellekt üzrə mütəxəssis hazırlığına başlayır

BDU süni intellekt üzrə mütəxəssis hazırlığına başlayır
25/06/2026

BDU-da Mexanika-riyaziyyat fakültəsində iki yeni ixtisaslaşma: “Kompozit materiallar” və “Mexatronik modullar”

BDU-da Mexanika-riyaziyyat fakültəsində iki yeni ixtisaslaşma: “Kompozit materiallar” və “Mexatronik modullar”
25/06/2026