Təhsil İnstitutu və BDU “SABAH Magistratura” proqramını birgə təşkil edəcək

20/08/2021

Təhsil İnstitutu “SABAH Magistratura” proqramı çərçivəsində Bakı Dövlət Universitetinin (BDU) kompüter elmləri və texnologiyaları ixtisaslaşması üzrə yeni məzmunun yaradılması və tətbiqi prosesini təşkil edəcək.
Layihənin əsas hədəfi müasir əmək bazarı və cəmiyyətin tələblərinə uyğun, beynəlxalq rəqabətə davamlı peşəkar kadr hazırlığını təmin edəcək yeni məzmun və təlim infrastrukturunun yaradılmasını və dayanıqlığını stimullaşdırmaqdan ibarətdir. Təhsil İnstitutu ali təhsilin magistratura səviyyəsi üçün həyata keçirilən “SABAH Magistratura” layihəsi çərçivəsində BDU-da kompüter elmləri və texnologiyaları ixtisaslaşması üzrə 2021-2022-ci tədris ilindən başlayaraq bir sıra fəaliyyətləri təşkil edəcək. Bu fəaliyyətlər çərçivəsində məzmun hazırlığı, professor və müəllim heyətinin seçilməsi və təlimləndirilməsi, magistrantlar üçün öyrənmə və tədqiqata yönəlmiş dərsdənkənar fakültativ məşğələlərin təşkili və maddi-texniki təchizat nəzərdə tutulub.
Məzmun hazırlığı üzrə proqram konsepsiyası, təhsil proqramı, tədris planı, nümunəvi sillabus, tədris materialları və məqalələr toplusu şəklində dərs vəsaitləri hazırlanacaq, professor və müəllim heyətinin seçilməsi və təlimləndirilməsi üzrə universitetin mövcud professor-müəllim potensialı araşdırılacaq, universitetin daxilində müəllimlər arasında və yeni müəllimlərin seçimi aparılacaq, sənayedən cəlb olunmuş, pedaqoji təcrübəsi az olan mütəxəssislər üçün “Ali məktəb pedaqoqu” təlimi və tədris təşkil ediləcək. Bundan əlavə, magistrantlar üçün öyrənmə və tədqiqata yönəlmiş dərsdənkənar fakültativ məşğələlərin təşkili üzrə institutun “Tədqiqat meneceri” proqramı çərçivəsində “Tədqiqat metodları”, “İnnovasiya strategiyası” və “Sistemli düşüncə təfəkkürü” modulları üzrə təlimlər aparılacaq, beynəlxalq “Təcrübə mübadiləsi” proqramına tələbələr cəlb olunacaq, “Karyerayönümlü” tədbirlər və “İş dünyası və ali təhsildə trendlər” seminar/vebinarları həyata keçiriləcək. Maddi-texniki təchizat dedikdə isə müvafiq ixtisaslaşma üçün maddi-texniki bazanın təmin edilməsi məqsədilə Təhsil İnstitutu tərəfindən kompüter laboratoriyası yaradılacaq.
Qeyd edək ki, layihə komandasına müvafiq sahə üzrə xaricdə təhsil almış azərbaycanlı gənc mütəxəssislər də cəlb olunublar.

Xəbərlər

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin BDU tələbələri üçün infosessiyası

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin BDU tələbələri üçün infosessiyası
28/11/2025

Tanınmış teleaparıcı Mümtaz Xəlilzadə BDU tələbələrinə təlim keçib

Tanınmış teleaparıcı Mümtaz Xəlilzadə BDU tələbələrinə təlim keçib
28/11/2025

BDU-da görkəmli türkoloq alim Rüfət Rüstəmovun 80 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı

BDU-da görkəmli türkoloq alim Rüfət Rüstəmovun 80 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı
28/11/2025