Təhsil Tələbə Krediti Fondunun nümayəndələri BDU-da görüş keçiriblər
05/04/2022
Təhsil Tələbə Krediti Fondunun nümayəndələri Bakı Dövlət Universitetində (BDU) görüş keçiriblər.
Görüşdə Fondun əməkdaşları təhsil tələbə kreditinin verilməsi qaydaları barədə ətraflı məlumat verib. Tələbələrin bu istiqamətdə maarifləndirilməsi yolları müzakirə olunub.
Təhsil Tələbə Krediti Fondunun əsas missiyası təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılmasıdır.
Bildirilib ki, payız semestrində BDU-da 194 tələbə təhsil tələbə kreditindən yararlanıb. Bu sayın daha da artması üçün tələbələr arasında Fondun fəaliyyəti və təhsil tələbə kreditlərinin üstünlükləri ilə bağlı təbliğat işlərinin genişləndirilməsi barədə razılıq əldə olunub.
![]() |
Xəbərlər
BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib
BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib
BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
BDU-nun şəhid məzunu Elşən Salayevin məzarı ziyarət olunub
BDU-nun şəhid məzunu Elşən Salayevin məzarı ziyarət olunub

