“Təhsildə tarixilik və müasirlik” mövzusunda X Ümumrespublika elmi-praktik konfransı öz işinə başlayıb

08/05/2018

Bakı Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş  Sosial elmlər və psixologiya fakültəsinin Pedaqogika kafedrasının təşkilatçılığı ilə  “Təhsildə tarixilik və müasirlik” mövzusunda X Ümumrespublika  elmi-praktik konfransı öz işinə başlayıb.

Konfransın plenar iclasını giriş sözü ilə açan Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, professor İradə Əliyeva  ulu öndər Heydər Əliyevin anadan olmasının  95-ci ildönümünə həsr olunmuş silsilə tədbirlərin həyata keçirilməsinin Azərbaycanın sosial, iqtisadi və mədəni inkişafı yolunda yeni səhifələr yazdığını diqqətə çatdırıb. Bildirib ki, ulu öndər Heydər Əliyev elmin digər sahələri ilə yanaşı, təhsil sisteminin təkmilləşməsinə də daim diqqət və qayğı göstərib.

Sonra BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin dekanı, professor Hikmət Əlizadə, sosiologiya kafedrasının müdiri, professor İzzət Rüstəmov və Azərbaycan Respublikasının Təhsil İnstitutunun şöbə müdiri, professor Hümeyir Əhmədov pedaqogika sahəsində, müasir təhsil və cəmiyyətin inkişafında aparılan elmi-tədqiqat işlərinin nəticələri barədə məruzə ilə çıxış ediblər.

Konfrans işini bölmə iclaslarında davam etdirib, ümumilikdə 184 məruzə dinlənilib.

Mətbuat və informasiya şöbəsi, 08 may 2018-ci il.

Xəbərlər

Ən yüksək balla qəbul olan tələbə: “BDU gələcək təhsilim üçün ən yaxşı seçimdir”

Ən yüksək balla qəbul olan tələbə: “BDU gələcək təhsilim üçün ən yaxşı seçimdir”
03/09/2026

BDU-ya qəbul olunan şəxslərin qeydiyyatı davam edir

BDU-ya qəbul olunan şəxslərin qeydiyyatı davam edir
03/09/2026

BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dən 21-dək ε-Perseid meteor yağışı olacaq”

BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dən 21-dək ε-Perseid meteor yağışı olacaq”
02/09/2026