Təhsildən yazan jurnalistlər BDU mətbuat xidmətini birinci etdilər

21/07/2019

AzEdu.az təhsil portalı 22 iyul - Milli Mətbuat Günü münasibətilə bir neçə nominasiya üzrə sorğu keçirərək qalibləri müəyyənləşdirib. Təhsildən yazan jurnalistlərdən “Media nümayəndələrinə daha çatımlı olan və qaldırılan məsələlərə tez bir zamanda reaksiya verən mətbuat xidməti rəhbəri”, təhsil ekspertləri, universitetlərin mətbuat xidmətlərinin rəhbərlərindən isə “Təhsil sahəsinə aid mövzuları daha peşəkar, obyektiv və operativ şəkildə işıqlandıran jurnalist və təhsil mövzularına ən çox  yer ayıran və bu əsnada peşəkar meyarları qoruyan  media orqanı” soruşulub.

“Media nümayəndələrinə daha çatımlı olan və qaldırılan məsələlərə tez bir zamanda reaksiya verən mətbuat xidməti rəhbəri” kimi Bakı Dövlət Universitetinin mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova ümumi səslərin 29 faizini toplayaraq ilk yerə, 15.8%  faizlə Azərbaycan Dövlət İqtisad Universitetinin - UNEC-in İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elnarə Məmmədova isə ikinci yerə sahiblənib.

“Azərbaycan müəllimi” qəzetinin əməkdaşı Ruhiyyə Daşsalahlı təhsil sahəsinə aid mövzuları daha peşəkar, obyektiv və operativ şəkildə işıqlandırdığına görə ümumi səslərin 11, Modern.az xəbər portalının əməkdaşı Namidə Bingöl isə 8,9 faizinə sahiblənib.

Təhsil mövzularına ən çox yer ayıran və peşəkar meyarları qoruyan  media orqanı kimi “Azərbaycan müəllimi” qəzeti 19 faizlə ilk, Azərbaycan Dövlət İnformasiya Agentliyi – Azərtac isə 7,9 faizlə ikinci yeri tutub.

Qaliblərə AzEdu.az təhsil portalı adından diplom veriləcək.

Mətbuat və informasiya şöbəsi, 21 iyul 2019-cu il.

KİV-də yayımlananlar

Xəbərlər

21 fevral – Beynəlxalq Ana Dili Günüdür

21 fevral – Beynəlxalq Ana Dili Günüdür
21/02/2025

BDU-nun 7 tələbəsi SOCAR-ın “Gənc İstedadlar Proqramı”ında iştirak edəcək

BDU-nun 7 tələbəsi SOCAR-ın “Gənc İstedadlar Proqramı”ında iştirak edəcək  
21/02/2025

BDU-da Beynəlxalq Ana Dili Günü qeyd olunub

BDU-da Beynəlxalq Ana Dili Günü qeyd olunub
21/02/2025