Təhsilin İnkişafı Fondu BDU-da “TələbəPlus” kartı ilə bağlı infosessiya keçirib

07/04/2025

Təhsilin İnkişafı Fondu (TİF) Bakı Dövlət Universitetində (BDU) “TələbəPlus” kartı ilə bağlı infosessiya keçirib.

İnfosessiyanın keçirilməsində məqsəd “TələbəPlus” kartı və onun təqdim etdiyi imkanlar barədə tələbələri daha ətraflı məlumatlandırmaq, onların suallarını cavablandırmaq olub. Tədbir zamanı tələbələrə kartın qazandırdığı üstünlüklər, əməkdaşlıq edilən şirkətlərdə mövcud endirimlər barəsində məlumat verilib.

BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov “TələbəPlus” kartlarının tələbələr üşün böyük imkanlar yaratdığını qeyd edib. O, “Tələbə Plus” kartlarının Universitetin bütün təhsil pillələri üzrə paylanıldığını, onun ilk istifadəçilərinin məhz BDU tələbələri olduğunu diqqətə çatdırıb.

Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması şöbəsinin baş mütəxəssisi Aysel Məhərrəmova “TələbəPlus” layihəsinin məqsədləri, tələbələr üçün yaradılan imkanlar barəsində təqdimat edib. Layihənin gələcək perspektivlərinə də toxunan Aysel Məhərrəmova yaxın gələcəkdə yeni tərəfdaşlarla əməkdaşlıqların qurulacağı və endirim şəbəkəsinin daha da genişlənəcəyini bildirib.

“Azerconnect Group”un satış kanalları üzrə direktoru Anar Verdiyev bir müddət öncə TİF ilə “Bakcell” arasında “TələbəPlus” kartı ilə bağlı əməkdaşlıq müqaviləsinin imzalandığını diqqətə çatdırıb. Əməkdaşlıq çərçivəsində “TələbəPlus” kart istifadəçilərinə hər ay 5 GB əlavə internet bonusunun təqdim edilir. Bu təşəbbüs onların təhsil prosesində daha rahat və sərbəst şəkildə onlayn resurslardan istifadə etməsinə imkan yaradır.

Çıxışların sonunda sual-cavab sessiyası təşlkil olunub. Təhsilin İnkişafı Fondunun nümayəndələri Aysel Məhərrəmova, Vəli Babayev və  “Bakcell”in layihə inkişafı üzrə mütəxəssisi Hacı Qafarov tələbələrin suallarını cavablandırıblar.

Qeyd edək ki, “TələbəPlus” layihəsi Təhsilin İnkişafı Fondu, “Kapital Bank” və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkətinin birgə təşəbbüsü ilə həyata keçirilir.

 

Xəbərlər

Təhsilin İnkişafı Fondu BDU-da “TələbəPlus” kartı ilə bağlı infosessiya keçirib

Təhsilin İnkişafı Fondu BDU-da “TələbəPlus” kartı ilə bağlı infosessiya keçirib
07/04/2025

BDU-nun Biologiya fakültəsinin tələbələri “AzVarvara” MMC-də istehsalat təcrübəsində

BDU-nun Biologiya fakültəsinin tələbələri “AzVarvara” MMC-də istehsalat təcrübəsində
07/04/2025

BDU Türkiyədə keçirilən ənənəvi “Kitabxana həftəsi”ndə təmsil olunub

BDU Türkiyədə keçirilən ənənəvi “Kitabxana həftəsi”ndə təmsil olunub
07/04/2025