TİKA BDU magistrlərini təcrübəyə göndərəcək

02/12/2015

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovun Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi Bakı Proqram Koordinasiya ofisinin (TİKA) koordinatoru Mustafa Haşim Polat və müavini İsmail Gürlek ilə görüşü keçirilib. Görüşdə BDU ilə TİKA arasında imzalanmış müqavilədən sonra həyata keçirilmiş işlərdən, Jurnalistika fakültəsinin Tədris-televiziya və radio studiyasının yenidən qurulmasından danışılıb. Bildirilib ki, TİKA yeni studiyaya əməkdaşlığa cəlb ediləcək magistrlərə təqaüd verilməsini, onların bu sahədə daha da təkmilləşmələri istiqamətində Türkiyənin media qurumlarnda təcrübə keçmələrinə şərait yaratmağı planlaşdırıb. Görüşdə birgə layihə çərçivəsində Jurnalistika fakültəsinin bir qrup müəllimi və tələbələrinin Türkiyəyə səfərləri, qardaş ölkənin aparıcı universitetlərində və media qurumlarında təlim-təcrübə proqramında iştirak etmələri də xatırladılıb.

Mətbuat və informasiya şöbəsi, 02 dekabr 2015-ci il.

Xəbərlər

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
13/11/2026

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026