BDU-nun 5 illik akkreditasiya şəhadətnaməsi təqdim edilib

31/07/2023

Bakı Dövlət Universitetində (BDU) Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Ülkər Səttarova ilə görüş keçirilib.
Görüşdə çıxış edən rektor Elçin Babayev Universitetin əsas vəzifəsinin ölkəmiz üçün yüksəkixtisaslı kadrlar hazırlamaq olduğunu vurğulayıb. Rektor diqqətə çatdırıb ki, akkreditasiya ali təhsil müəssisəsinə güclü və zəif tərəflərini müəyyənləşdirməyə və strateji inkişaf proqramı əsasında inkişaf etməsinə imkan verir. BDU bu prosesi uğurla həyata keçirib, Agentliyin təklif və tövsiyələrini nəzərə alıb.
TKTA-nın İdarə Heyətinin sədri Ülkər Səttarova isə qeyd edib ki, akkreditasiya prosesinin əsas məqsədi təhsilin müxtəlif pillələrində keyfiyyətin təminatı sisteminin qurulmasıdır. TKTA-nın İdarə Heyətinin sədri akkreditasiya prosesini uğurla tamamladığına görə BDU rektorunu təbrik edib, Universitetin gələcək fəaliyyətində uğurlar arzulayıb. Daha sonra rektor Elçin Babayevə Elm və Təhsil Nazirliyinin Akkreditasiya Şurasının 8 iyun 2023-cü il tarixli qərarı ilə BDU-nun 5 (beş) il müddətində akkreditasiya olunduğu ilə bağlı şəhadətnaməni təqdim edib.

Xəbərlər

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi
20/09/2026

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür
20/09/2026

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva
19/09/2026