Tələbə adını qazanan abituriyentləri təbrik edirik!

24/09/2020

Bakı Dövlət Universiteti (BDU) tələbə adını qazanan bütün abituriyentləri təbrik edir, öz tələbələrinin yolunu səbirsizliklə gözləyir!

101 illik şanlı tarixi olan Bakı Dövlət Universiteti təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində ilk dünyəvi ali təhsil ocağı kimi dünya elminə, mədəniyyətinə, siyasətinə layiqli töhfə verən yüzlərlə tarixi şəxsiyyətlər yetişdirib. Sizin də bacarıqlı, peşəkar mütəxəssislər kimi yetişib ölkəmizin tərəqqisində, cəmiyyətimizn inkişafında mühüm rol oynayacağınıza inanırıq. Məqsədlərinizə nail olmaq üçün bütün imkanlarını səfərbər edən Bakı Dövlət Universiteti yeni tədris ilinə tam hazırdır. İstər təbiət, istərsə də humanitar elmlər sahəsində daima yeniliklər tətbiq edən ali təhsil ocağı tələbələrin mükəmməl təhsil alması və rəqabətədavamlı kadrların yetişməsində uğurlu inkişaf strategiyası həyata keçirir.

Əziz birinci kurs tələbələri, siz “BDU ailəsi”nin bir üzvü olursunuz.

Universitetimizdə təhsil alan tələbələr hərtərəfli qayğı ilə əhatə olunur. Artıq siz də müasir standartlara uyğun təhsil müəssisəsində rahat şəraitdə mükəmməl təhsil almaq şansı əldə etmisiniz. Universitetimiz 30-dan çox elmi-tədqiqat laboratoriyası, muzeylər, ikili diplom proqramları, tələbə-müəllim mübadilə proqramları, innovativ tədris laboratoriyaları, elmi-tədqiqat institutları, elmi kitabxana, tədris teleradio studiyası – BDU TV, Tələbə evi, Psixoloji Yardım Sektoru, Mədəniyyət-yaradıcılıq Mərkəzi, İdman-sağlamlıq Mərkəzi, Təcrübə Mərkəzləri və Poliklinika ilə sizin ixtiyarınızdadır.

Ölkəmizdə milli şüurun, icimai fikrin əsas mərkəzlərindən biri, heç şübhəsiz, birincisi olan, artıq sizə də doğma olan Universitetimiz siz tələbələrin asudə vaxtının səmərəli təşkili, Universitetin ictimai-mədəni həyatında aktiv iştirakı üçün mütəmadi olaraq bir sıra sosial layihələr həyata keçirir. Elə bu məqsədlə Universitetdə yaradıcı və elmi birliklərin, Gənc Alimlər Şurasının, Tələbə Elmi Cəmiyyətinin, Tələbə Gənclər Təşkilatının, Tələbə Həmkarlar Təşkilatının fəaliyyəti yenidən və müasir tələblər əsasında qurulub.

2019-cu ilin əvvəlindən hələ də dünyanın əsas mövzusu olmaq da davam edən koronavirus (COVID-19) infeksiyasının yayılması və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan edilməsi ilə əlaqədar bütün fəaliyyət sahələri kimi təhsil sahəsində də yaranmış çətinliklər fonunda, BDU öz fəaliyyətini əzmlə davam etdirir, təlim-tədris prosesini yeni dövrün şərtlərinə və reallıqlarına uyğun şəkildə həyata keçirir.

Universitetimizin gələcək inkişafı üçün müəyyənləşdirilən strategiya, götürülən xətt və qarşıya qoyulan hədəflər onu deməyə əsas verir ki, Bakı Dövlət Universiteti qarşıda duran məqsədlərə çatacaq, əldə etdiyi uğurları ilə hər birimizi sevindirəcək və siz tələbələr bu inkişafın, uğurun bir parçasına çevriləcəksiniz.

Universitetə tələbə kimi qəbul olunduğunuz gündən biz – universitetin professor-müəllim heyəti biliklərinizin artırılması, potensialınızın üzə çıxarılması, dünyagörüşünüzün genişlənməsi yönündə əlimizdən gələni etməyə çalışacağıq. Cəmiyyətimizə bilikli, savadlı insan kapitalı gərəklidir. Dövlətimiz siz gənclərin qarşısında geniş imkanlar yaradır. Əldə etdiyiniz bilikləri daha da inkişaf etdirmək, müxtəlif sahələrdə yeni ideyaları ortaya qoyaraq onları reallaşdırmaq sizin əlinizdədir. Əminik ki, Universitetdə əldə etdiyiniz biliklər sizə həyatda layiqli yer tutmaqda köməyiniz olacaq.

Həyatınızın və təhsilinizin yeni mərhələsində sizə uğurlar arzu edirik!

Xəbərlər

BDU-nun akademik və inzibati heyətinin nəzərinə!

BDU-nun akademik və inzibati heyətinin nəzərinə!
28/03/2024

Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti dərc olunub

Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti dərc olunub
28/03/2024

BDU-nun Sosial elmlər və psixologiya fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub

BDU-nun Sosial elmlər və psixologiya fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub
28/03/2024