Tələbə Elmi Cəmiyyətinin növbəti elmi seminarında magistrantlar çıxış edib

27/05/2021

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində Tələbə Emi Cəmiyyətinin növbəti onlayn elmi seminarı keçirilib. Seminarda Ekologiya və torpaqşünaslıq fakültəsinin professor-müəllim heyəti, doktorantlar və magistrantlar iştirak edib.

Yerquruluşu və kadastr kafedrasının yerquruluşu və torpаq müfəttişliyi ixtisaslaşması üzrə magistrantı Rəvаn Bаbаşov “Ucаr rаyonundа kənd təsərrüfаtı yerlərinin аqroekoloji qiymətləndirilməsi və аqroistehsаlаt qruplаşdırılmаsı” və  Coğrafi ekologiya kafedrasının Ətraf mühitin mühafizə metodları və bərpası ixtisaslaşması üzrə magistrantı Mircavad Seyfili “Lənkəran vilayəti çaylarının sutoplayıcı hövzələrində ümumi ekoloji vəziyyətin hidroloji rejimə təsirinin qiymətləndirilməsi” mövzularında çııxş ediblər. Məruzələrdə Ucаr rаyonu torpаqlаrının əkin sаhələri üzrə bonitirovkаsı və аqroistehsаlаt qruplаşdırılmаsı, təsərrüfаt sаhələrinin аqroekoloji şərаitləri üçün təshih əmsаllаrı, Lənkəran vilayəti ərazisində axan çayların sutoplayıcı hövzələrinin müasir ekoloji vəziyyəti, Lənkəran vilayəti ərazisinin hidroloji, ekoloji parametrlərini əks etdirən və müvafiq miqyaslarda tərtib edilimiş rəqəmsal xəritələr haqqında məlumat verilib.

Sonda magistrantlar seminar iştirakçılarının sualları cavablandırılıb.

Xəbərlər

BDU-nun 14 tələbəsi “PAŞA Holding”in “Əlaçı” təqaüdünə layiq görülüb

BDU-nun 14 tələbəsi “PAŞA Holding”in “Əlaçı” təqaüdünə layiq görülüb
14/10/2026

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib
13/10/2026

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
13/10/2026