“Tələbə Gənclər Təşkilatı qazandırır” adlı tədbir keçirilib

18/11/2021

Bakı Dövlət Universitetinin Fizika və Kimya fakültələrinin Tələbə Gənclər Təşkilatlarının (TGT) təşəbbüsü ilə 17 noyabr - Beynəlxalq Tələbə Günü münasibətilə “Tələbə Gənclər Təşkilatı qazandırır” adlı tədbir keçirilib.

Tədbirin moderatoru Kimya fakültəsinin 1-ci kurs tələbəsi Mehriban Ağabəyli Beynəlxalq Tələbə gününün tarixi ilə bağlı ətraflı məlumat verib. Kimya fakültəsinin TGT sədri Əli Qədirli çıxışında Tələbə Gənclər Təşkilatının tələbələrin özünü inkişafına olan təsirindən və təşkilatın strukturundan bəhs edib. Daha sonra Fizika fakültəsi TGT sədri Təranə Məmmədova BDU-da tələbə təşkilatları və könüllülük fəaliyyətinin çoxşaxəli tədbirlərindən bəhs edib, tələbə gənclərin ölkəmizin ictimai həyatındakı roluna diqqət çəkib.

Xəbərlər

BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir

BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir
06/11/2026

BDU tələbələri Zəfər muzeyində

BDU tələbələri Zəfər muzeyində
06/11/2026

BDU-nun Astrofizika kafedrası bayram günləri üçün kosmik hava proqnozunu açıqlayıb

BDU-nun Astrofizika kafedrası bayram günləri üçün kosmik hava proqnozunu açıqlayıb
06/11/2026