Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirilib

01/07/2021

Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat və Geologiya fakültələrinin tələbə gənclər təşkilatlarının təşkilatçılığı ilə 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş "Silahlı qüvvələrimiz güvənc yerimiz, qürur mənbəyimizdir" adlı onlayn tədbir keçirilib.

Tədbirdə çıxış edən Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov bildirib ki, 103 il öncə 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə - əlahiddə Azərbaycan korpusu yaradılıb. O, Silahlı Qüvvələrimizin formalaşmasında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs edib.

Daha sonra çıxış edən Geologiya fakültəsinin dekan müavini Ruslan Şəmiyev Silahlı Qüvvələrin yaranma tarixi, 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm qələbə barəsində danışıb.

Mexanika-riyaziyyat fakültəsi TGT sədr müavini Sevinc Pənahova və fakültə TGT İdarə Heyətinin üzvü Ayan Cəfərova çıxışlarında bildiriblər ki, bu bayramı məğlubedilməz orduya malik qalib xalq və qalib dövlət kimi qarşılamaq hər bir azərbaycanlıda böyük qürur və fəxarət hissi doğurur.

 

Xəbərlər

BDU-nun müəllimi Maqsud Babayev vəfat edib

BDU-nun müəllimi Maqsud Babayev vəfat edib
19/10/2026

BDU-nun şəhid məzunu Ataməli Musaoğlunun məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Ataməli Musaoğlunun məzarı ziyarət olunub
19/10/2026

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür
18/10/2026