Tələbə gənclərin elmi yaradıcılıq festivalı başa çatıb

17/11/2015

Bakı Dövlət Universiteti Tələbə Gənclər Təşkilatı  və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Tələbə gənclərin elmi yaradıcılıq festivalı” adlı layihə yekunlaşıb. Layihənin məqsədi tələbə gənclərin elmi araşdırmalarının stimullaşdırılması və öz ixtisasları üzrə müvafiq tədqiqatların aparılmasından ibarət olub. Layihə çərçivəsində tələbə gənclər öz ixtisasları üzrə elmi məqalələr hazırlayıblar və məqalələrin müzakirələri təşkil olunub.  Hər bir elmi sahə üzrə ümumi məqalə hazırlanaraq kitabça şəkilində çap edilib.

İki gün davam edən festival çərçivəsində yüzə yaxın tələbə iştirak edib. Sonda iştirakçı gənclərə müvafiq sertifikat təqdim olunub və xatirə şəkili çəkilib.

Mətbuat və informasiya şöbəsi, 17 noyabr 2015-ci il.

Xəbərlər

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
13/11/2026

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026