Tələbə Həmkarlar Təşkilatı ictimaiətçi fəal tələbələri mükafatlandırıb

26/12/2018

Bakı Dövlət Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə dəyirmi masa keçirilib. Tədbiri giriş sözü ilə açan BDU THİK-nin sədri, dosent Daşqın Qənbərov bütün dünya azərbaycanlılarının böyük sevinc və fərəh hissə ilə qeyd etdikləri həmrəylik günü haqqında danışaraq bu bayramın Ümumilli lider Heydər Əliyevin Azərbaycan xalqının qloballaşan dünyada monolitliyini təmin etmək məqsədi ilə təsis etdiyini bildirib. Eyni zamanda, Prezident İlham Əliyevin xalqımızın vahidliyi, birliyi məqsədilə həyata keçirdiyi siyasəti, diaspor təşkilatlarımıza verdiyi dəstəyi xüsusilə qeyd edib.

D.Qənbərovun 2018-ci ili rəhbərlik etdiyi təşkilatın fəaliyyətində səmərəli il olduğunu diqqətə çatdırıb və bu qurum tərəfindən keçirilən silsilə tədbirləri xüsusilə qeyd edib.

Tədbirdə universitetin aktiv tələbələrindən Manaf Talıbov və Taleh Mansurov çıxış ediblər.

Tədbirin sonunda 2018-ci il ərzində universitetin ictimai həyatında fəal iştirak etmiş bir qrup fəal tələbəyə BDU THİK-nin Fəxri fərmanı və pul mükafatları təqdim olunub.

Mətbuat və informasiya şöbəsi, 26 dekabr 2018-ci il.

 

Xəbərlər

BDU-nun əcnəbi tələbəsi: “Çinə qayıdan kimi sazı dostlarıma tanıdacam”- MÜSAHİBƏ

BDU-nun əcnəbi tələbəsi: “Çinə qayıdan kimi sazı dostlarıma tanıdacam”- MÜSAHİBƏ
23/01/2026

BDU-da məktəblilər üçün infosessiya

BDU-da məktəblilər üçün infosessiya
23/01/2026

BDU-da AZƏRTAC-ın xüsusi auditoriyası açılıb

BDU-da AZƏRTAC-ın xüsusi auditoriyası açılıb
22/01/2026