Tələbə Həmkarlar İttifaqı Komitəsi beynəlxalq konfransda növbəti dəfə ölkəmizi təmsil etdi

25/04/2011

Aprel ayının 22-23 tarixlərində Əl-Fərabi adına Qazaxıstan Milli Universitetində “Müasir universitetdə tələbə özünü idarəetməsi: təcrübə, innovasiya və perspektivlər” mövzusunda forum keçirilib. Dünyanın 250-dən çox nüfuzlu universitetlərinin iştirak etdiyi forumda Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərov ölkəmizi və universitetimizi təmsil edib. Forumun açılış mərasimində “Azərbaycanda Tələbə Həmkarlar İttifaqlarının fəaliyyət strategiyası” mövzusunda çıxış edən Daşqın Qənbərov ölkəmizdə tələbə təşkilatlarının təcrübəsini forum iştirakçılarının nəzərinə çatdırıb. Eyni zamanda ayrı-ayrı bölmələr üzrə keçirilən dinləmələrdə iştirak edən Daşqın Qənbərov bir neçə istiqamətli mövzularda çıxış edib. Sonda forumun nəticəsi olaraq iştirak edən universitetlərin nümayəndələri arasında əməkdaşlıq memorandumu imzalanıb və bəyannamə qəbul edilib. Bir sözlə ölkəmiz və universitetimiz sözügedən forumda çox yüksək səviyyədə təmsil olunub.

Mətbuat və İnformasiya şöbəsi, 25 aprel 2011-ci il.


Xəbərlər

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib
12/09/2026

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib
11/09/2026

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub
11/09/2026