Tələbə Həmkarlar İttifaqı Komitəsi beynəlxalq əlaqələrin genişlənməsi istiqamətində növbəti addım atıb

08/12/2010

7 Dekabr 2010-cu il tarixində Bakı Dövlət Universiteti ilə dünyanın ilk 200 ən yaxşı universiteti sırasına daxil olan Şimali Kipr Türk Cümhuriyyətinin Doğu Akdeniz universiteti arsında əməkdaşlıq memerendumu hazırlamaq məqsədi ilə iki tərəfli görüş keçirilib. Görüşdə Bakı Dövlət Universitetini Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərov, sözügedən universiteti isə Beynəlxalq əlaqələr deportamentinin təmsilçisi İmran Muxtarov təmsil edib. Görüşün əsas məqsədi universitetlər arasında əməkdaşlıq perspektivlərini müəyyənləşdirmək, bu perspektivlərə daxil olan istiqamətlər kimi müəllim tələbə təcrübə mübadiləsi, tədris mərkəzlərindən qarşılıqlı istifadə, müştərək konfransların keçirilməsi, BDU tələbələrinin  Doğu Akdeniz istirahət mərkəzlərində istirahətlərini təşkil etmək və sair məsələlər olub. Sonda qarşılıqlı şəkildə xatirə hədiyyələri təqdim edilib.

 

Mətbuat və informasiya şöbəsi

 

Xəbərlər

BDU-da ilk dərs günündən 107 il ötür

BDU-da ilk dərs günündən 107 il ötür
15/11/2026

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
15/11/2026

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026