THİK I kurs tələbələri ilə görüşüb

24/09/2018

Bakı Dövlət Universitetində Şərqşünaslıq, Sosial elmlər və Psixologiya, Kitabxanaçılıq-informasiya fakültələrinin tələbələri ilə Tələbə Həmkarlar İttifaqı Komitəsinin görüşü keçirilib. THİK-in sədri Daşqın Qənbərov Bakı Dövlət Universitetinə qəbul olan tələbələri təbrik edib, universitet, o cümlədən THİK-in fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.

Sonra Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Mirzə Cəfərzadə tələbələrin THİK ilə əməkdaşlığının, o cümlədən ictimai işlərdə aktivliklərinin önəmindən bəhs edib.

BDU İdman Klubunun rəhbəri Akif Atakişiyev, Özfəaliyyət dərnəyinin rəqs, musiqi və xor bölmələri üzrə müəllimləri çıxış edib, tələbələri fəal olmağa səsləyiblər.

Görüşdə Kitabxanaçılıq-informasiya fakültəsinin THT sədri Qüdsi Məlikov, Sosial elmlər və Psixologiya fakültəsinin THT sədri Turqay Qasımov, Şərqşünaslıq fakültsənin THT sədri İbrahim Babayev təmsil etdikləri fakültələr barədə məlumat verib, THİK-in fəaliyyəti ilə bağlı fikirlərini bölüşüblər.

Tədbir tələbləri maraqlandıran sualların cavablandırılması ilə başa çatıb.

 

Mətbuat və informasiya şöbəsi, 24 sentyabr2018-ci il.

Xəbərlər

İİTKM-in İcraçı direktorunun müavini BDU tələbələrinə Azərbaycanın yaşıl enerji potensialına dair ustad dərsi keçib

İİTKM-in İcraçı direktorunun müavini BDU tələbələrinə Azərbaycanın yaşıl enerji potensialına dair ustad dərsi keçib
16/03/2026

BDU tələbələri "Dəmirli" yatağının geoloji-genetik modeli haqqında məlumatlandırılıblar

BDU tələbələri "Dəmirli" yatağının geoloji-genetik modeli haqqında məlumatlandırılıblar
16/03/2026

BDU-da “Riyaziyyat müəllimliyi” ixtisası üzrə tədris proqramları müqayisəli təhlil olunub

BDU-da “Riyaziyyat müəllimliyi” ixtisası üzrə tədris proqramları müqayisəli təhlil olunub
16/03/2026