Tələbə Həmkarlar İttifaqı Komitəsi iki yeni layihəyə start verdi

26/11/2010

Tələbə Həmkarlar İttifaqı Komitəsi tələbələrin elmə, təhsilə marağının artırılması və intellektual səviyyələrinin yüksəldilməsi məqsədilə iki yeni layihəyə start verdi. Bu ilin ölkəmizdə cənab Prezident İlham Əliyev tərəfindən “Ekologiya ili” elan olunduğunu rəhbər tutaraq layihələrdən birini  daim öz aktuallığını saxlayan ekologiya və ətraf mühitin qorunması mövzusunda olan “Ekoloji problemlər – yaranma səbəbləri və həll yolları” adlı ümumuniversitet tələbələrinin elmi-praktik konfransı təşkil edir. Konfrans 15 dekabr 2010-cu il saat 1300-da yeni tədris binasının akt zalında keçiriləcəkdir. Konfransda iştirak etmək arzusunda olan gənclər məqalələrini Tələbə Həmkarlar İttifaqı Komitəsinə təqdim edə bilərlər. Növbəti layihə isə yuxarıda qeyd etdiyimiz kimi, tələbələrin intellektual səviyyəsinin yüksəldilməsi məqsədilə “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə yarışmadır. Sözügedən yarışma 25 dekabr 2010-cu il tarixində saat 1000-da əsas tədris binasının yeməkxanasında keçiriləcəkdir. Yarışmada iştirak etmək istəyən tələbələr də həmçinin Tələbə Həmkarlar İttifaqı Komitəsinə müraciət edə bilərlər. Hər iki layihənin universitet tələbələrinin dünyagörüşünün zənginləşdirilməsi, bilik və bacarıqlarının praktiki olaraq ortaya çıxarılması istiqamətində çox mühüm əhəmiyyəti vardır.

Xəbərlər

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi
21/08/2026

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində təlim və sessiyalar keçirilir

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində təlim və sessiyalar keçirilir
21/08/2026

BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarında iştirak edəcək iddiaçıların nəzərinə!

BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarında iştirak edəcək iddiaçıların nəzərinə!
20/08/2026