Tələbə Həmkarlar İttifaqı Komitəsi öz uğurlu fəaliyyətini davam etdirməkdədir

06/10/2010

Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin I kurs tələbələri ilə keçirdiyi görüşlər və  strukturun yeniləşməsi istiqamətində həyata keçirilən tədbirlər davam etməkdədir. BH və BM fakültəsi Tələbə Həmkarlar Təşkilatı bürosunun seçkisi və tələbələrlə keçirilən görüşün ardınca Tarix fakültəsində də I kurs tələbələri ilə görüş və fakültə Tələbə Həmkarlar Təşkilatı bürosu  sədrinin müəyyən edilməsi məqsədilə növbəti hesabat-seçki konfransı keçirilib. 6 oktyabr 2010-cu il tarixində baş tutan tədbir uğurla başa çatıb. Cəfərov Anar Rəhman oğlu fakültə Tələbə Həmkarlar Təşkilatının sədri seçilib.

Eyni zamanda, aktiv müzakirələrlə müşahidə olunan görüşdə BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərov təşkilatın fəaliyyəti, həyata keçirdiyi tədbirlər haqqında iştirakçılara geniş məlumat verib. Beləliklə, Tələbə Həmkarlar İttifaqı Komitəsi öz uğurlu fəaliyyətini yüksələn xətlə davam etdirir.

 

Xəbərlər

XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub

XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub
25/10/2026

BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü

BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü
25/10/2026

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş
24/10/2026