Tələbə Həmkarlar İttifaqı Komitəsi I kurs tələbələri ilə görüş keçirib

25/09/2018

Bakı Dövlət Universitetin Jurnalistika, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültələrinin tələbələri ilə Tələbə Həmkarlar İttifaqı Komitəsinin görüşü keçirilib. Əsas tədris binasının akt zalında baş tutan görüşdə THİK-in sədri Daşqın Qənbərov  çıxış edərək Bakı Dövlət Universitetinə qəbul olan tələbələri təbrik edərək tədbiri açıq elan edib.

Görüşdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar  İttifaqı Komitəsinin sədr müavini Mirzə Cəfərzadə çıxış edərək yeni qəbul olan tələbələri təbrik edib və THİK-in əhəmiyyətindən bəhs edib.

Görüşdə həmçinin İdman klubunun rəhbəri Akif Atakişiyev çıxış edərək İdman klubundan və idmanın sağlamlığa faydasından danışıb. Daha sonra özfəaliyyət dərnəyinin rəqs, musiqi və xor bölmələri üzrə müəllimlər çıxış edərək tələbələri dərnəyə dəvət ediblər.

Görüşdə THT-nin Jurnalistika fakültəsi üzrə sədri Şəbnəm Qurbansoy, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin sədr əvəzi Murad Bağırov fakültələri, daha sonra  THİK və  həyata keçirilən layihələr haqqında danışıblar.

Tədbir tələbələrin suallarının cavablandırılması ilə yekunlaşıb.

 

Mətbuat və informasiya şöbəsi, 25 sentyabr 2018-ci il.

Xəbərlər

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib
09/10/2026

BDU-da tələbələrin universitet mühitinə uyğunlaşmasına dəstək

BDU-da tələbələrin universitet mühitinə uyğunlaşmasına dəstək
09/10/2026