Tələbə Həmkarlat İttifaqı Komitəsi I kurs tələbələrilə görüşlərə start verib

20/09/2010

Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) universitetə daxil olmuş I kurs tələbələri ilə görüşlərə start verib. İlk görüş Filologiya və Coğrafiya fakültələrinin tələbələri ilə keçirilib.

THİK-nin sədri Daşqın Qənbərov tələbələri Azərbaycanın ali təhsil ocaqlarının flaqmanı olan Bakı Dövlət Universitetinə qəbul olunmaları münasibətilə təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb. D.Qənbərov rəhbərlik etdiyi qurumun fəaliyyəti, gördüyü sosial və ictimai işlər haqqında məlumat verib, tələbələrin yataqxanalarda yerləşdirilməsi haqqında danışıb. Universitetin daxili nizam-intizam qaydaları haqqında danışan D.Qənbərov, eyni zamanda, Tələbə Həmkarlar Təşkilatının universitetdə həyata keçirilən idman və intellektual yönümlü tədbirlərin təşkilatçısı və bu yönümdə olan yarışlara əsas dəstək verən tələbə təşkilatı olduğunu söyləyib.

Coğafiya fakültəsi THT-nin sədri Amil Salmanov da öz növbəsində tələbələri universitetin ictimai həyatında yaxından aktiv iştirak etməyə çağırıb. Filologiya fakültəsi THT-nin sədri Elməddin Əmirov isə BDU-da təhsil almağın tələbələr üçün son dərəcədə məsuliyyətli və qürurverici olmasını bildirib, oxuduqları müddətdə vaxtlarını hədər verməməyi məsləhət görüb.

Tədbir tələbələri maraqlandıran suallara verilən cavablarla yekunlaşıb.

 

Mətbuat və informasiya şöbəsi

20.09.2010


22.09.2010

23.09.2010


24.09.2010

 

27.09.2010

 

 

Xəbərlər

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb
07/09/2026

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub
07/09/2026

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”
04/09/2026