Tələbə jurnalistlərin qonorar sevinci

14/12/2015

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində “Jurnalist” qəzeti redaksiya heyətinin təşkilatçılığı ilə tədbir keçirilib. Tədbirdə Milli Məclisin deputatı Aqil Abbas, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, “525-ci qəzet” və “Şərq” qəzetlərinin baş redaktorları Rəşad Məcid və Akif Aşırlı, Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli, Jurnalistika fakültəsinin dekanı Şamil Vəliyev və fakültənin digər müəllimləri və tələbələri də iştirak edib. Qonaqlar “Jurnalist” qəzetinin tarixini əks etdirən süjetə baxdıqdan sonra, qəzetin onların tələbəlik həyatındakı rolundan danışıblar. Tədbirdə jurnalist tələbələrə qəzetdə dərc olunan yazılarına görə qonarar təqdim olunub.

Mətbuat və informasiya şöbəsi, 14 dekabr 2015-ci il.

Xəbərlər

BDU tələbələrinin nəzərinə!

BDU tələbələrinin nəzərinə!
03/11/2026

BDU-da tədbir: “Xarıbülbülün zəfər nəğməsi”

BDU-da tədbir: “Xarıbülbülün zəfər nəğməsi”
03/11/2026

BDU-nun Biologiya fakültəsində “Qələbəyə gedən yol” adlı ədəbi-bədii tədbir

BDU-nun Biologiya fakültəsində “Qələbəyə gedən yol” adlı ədəbi-bədii tədbir
03/11/2026