Tələbə və magistrlər “Geologiya günləri” layihəsində

16/02/2019

AMEA-nın Geologiya və Geofizika İnstitutunda Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, həmçinin digər təhsil ocaqlarının geoloq tələbə və magistrlərindən ibarət geniş auditoriyada “Geologiya günləri” layihəsi çərçivəsində seminar-təlim başlayıb. Azərbaycan Gənclər Fondunun 11-ci qrant müsabiqəsinin qalibi olmuş layihə çərçivəsində reallaşan seminar-təlim dörd gün davam edəcək. Layihənin rəhbəri institutun II kurs magistri, Bakı Dövlət Universitetinin məzunu, gənc mütəxəssis Yusif Əliyevdir. Tədbirdə Yusif Əliyev gənclərin geologiya ilə bağlı biliklərinin inkişaf etdirilməsi, onların geoloji tədqiqatlarda istifadə olunan mütərəqqi yanaşma və metodologiyalarla tanış edilməsi, həmçinin çöl-tədqiqat işlərində müəyyən vərdişlərin formalaşdırılması kimi məqsədləri ehtiva edən layihə haqqında geniş məlumat verib. Gənc mütəxəssis bildirib ki, elmi-istehsalat müəssisələrində çalışan alim-mütəxəssislər tərəfindən layihə iştirakçıları üçün geologiyanın müasir prioritetlərinə həsr olunan seminar və təlimlərin keçirilməsi, palçıq vulkanlarına elmi ekspedisiyanın təşkil və s. nəzərdə tutulub. AMEA-nın magistratura şöbəsinin rəhbəri, aqrar elmlər üzrə fəlsəfə doktoru Fikrət Feyziyev, Geologiya və Geofizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, yer elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Abbasov, BDU-nun geologiya fakültəsinin müəllimi İlqar Quliyev layihə haqqında təəssüratlarını bölüşüblər. Seminar-təlimdə SOCAR-ın əməkdaşı, yer elmləri üzrə fəlsəfə doktoru Elvin Əhmədovun “Neft-qaz yataqlarında tektonik qırılmaların xarakterinin dəqiqləşdirilməsinə yeni yanaşma” mövzusunda təqdimatı olub.

 

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Aprelin ortalarından sonunadək güclü Lirid meteor yağışı müşahidə ediləcək”

BDU-nun Astrofizika kafedrası: “Aprelin ortalarından sonunadək güclü Lirid meteor yağışı müşahidə ediləcək”
02/04/2025

BDU Qazaxıstanın Almatı Humanitar-İqtisadiyyat Universiteti ilə anlaşma memorandumu imzalayıb

BDU Qazaxıstanın Almatı Humanitar-İqtisadiyyat Universiteti ilə anlaşma memorandumu imzalayıb
02/04/2025

BDU əməkdaşları arasında “İlin alimi” müsabiqəsinin nəticələri açıqlanıb

BDU əməkdaşları arasında “İlin alimi” müsabiqəsinin nəticələri açıqlanıb
01/04/2025