“Tələbədən tələbəyə” layihəsində radio jurnalistikasından danışılıb

12/04/2019

Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyinə həsr olunmuş “Tələbədən tələbəyə” layihəsinin 7-ci mövsümü davam edir. Layihə çərçivəsində təşkil olunan təlimdə jurnalistika fakültəsinin IV kurs tələbəsi Fuad Fərəcoğlu radio jurnalistikası haqqında bildiklərini iştirakçılarla bölüşüb.
O radio materialların hazırlanması, canlı efirin idarə olunması, radionun müsbət və mənfi cəhətləri haqqında məlumat verib.
Sonda iştirakçılarla praktik iş aparılıb və müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, BDU-nun jurnalistika fakültəsinin tələbələri üçün nəzərdə tutulan “Tələbədən tələbəyə” layihəsi çərçivəsində iştirakçılar onlayn xəbər, redaktə, fotojurnalistika, televiziya və radio jurnalistikası, video, montaj, idman jurnalistikası, data jurnalistikası və SMM (Sosial Media Meneceri) haqqında bilik və bacarıqlara yiyələnirlər.

Mətbuat və informasiya şöbəsi, 12 aprel 2019-cu il.

Xəbərlər

BDU-da ilk dərs günündən 107 il ötür

BDU-da ilk dərs günündən 107 il ötür
15/11/2026

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
15/11/2026

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026