"Tələbədən Tələbəyə" layihəsinin 7-ci mövsümü başlayıb

11/03/2019

Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunmuş "Tələbədən Tələbəyə" layihəsinin 7-ci mövsümü davam edir. Jurnalistika fakültəsinin 2-ci kurs tələbəsi Süleyman Həmidov fotojurnalistika haqda bildiklərini iştirakçılarla bölüşüb. O, bir çox məşhur fotojurnalistin çəkdiyi şəkillərlə tələbələri tanış edib, onlara qısa məlumat verib. Daha sonra S.Həmidov fotojurnalistin fotoqrafdan fərqlərindən danışıb, bu peşənin tələbləri barədə söz açıb. Təlimçi həmçinin fotoaparatların texniki quruluşu, onlarla iş prinsipləri haqda məlumat verib, uğurlu fotoların ərsəyə gəlməsi üçün diqqət yetirilməli olan məqamlara toxunub. Sonda iştirakçılarla praktik iş aparılıb və müvafiq tapşırıqlar verilib. Qeyd edək ki, BDU-nun jurnalistika fakültəsinin tələbələri üçün nəzərdə tutulan "Tələbədən Tələbəyə" layihəsi artıq 5-ci ildir ki, uğurla davam edir. Lahiyə çərçivəsində iştirakçılar onlayn xəbər, redaktə, fotojurnalistika, televiziya jurnalistikası, radio jurnalistikası, video, montaj, data jurnalistikası və SMM (Sosial Media Meneceri) barədə bilik və bacarıqlara yiyələnirlər. Lahiyənin maraqlı tərəfi isə təlimçi heyətinin məhz fakültənin tələbələrindən ibarət olmasıdır.

Mətbuat və informasiya şöbəsi, 11 mart 2019-cu il.

Xəbərlər

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib
13/10/2026

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
13/10/2026

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
12/10/2026