Tələbələrə “ActInSpace” yarışması haqqında məlumat verilib

27/02/2020

Bakı Dövlət Universitetində (BDU) Təbiət elmləri və SABAH qruplarının tələbələri üçün Beynəlxalq İnnovasiyalar Yarışması hesab olunan “ActInSpace” haqqında təqdimat keçirilib.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) nümayəndələri Vüsalə Hüseynova və Leyla Mirzəyeva yarışma haqqında tələbələrə ətraflı məlumat veriblər. Qeyd olunub ki, UFAZ-da aprelin 24-ü və 25-də hakaton keçiriləcək. “ActInSpace” müsabiqəsinin startap yaratmaq, verilmiş patentlərdən, texnologiyalardan və peyk məlumatlarından istifadə etməklə, iş perspektivləri üzərində işləmək üçün unikal bir fürsət olduğunu vurğulayan nümayəndələr tələbələrə yarışmanın qaydalarını izah ediblər.

Qeyd edək ki, ActInSpace - Fransız Kosmik Agentliyinin (CNES) təşəbbüsü ilə həyata keçirilən və 5 qitədə 100-dək şəhəri birləşdirən beynəlxalq innovasiya müsabiqəsi dünya miqyasında sahibkarları, tələbələri və yaradıcı insanları bir araya gətirən layihədir. Kosmik sektorun dinamik inkişaf imicini möhkəmləndirmək və kosmik texnologiyaların gündəlik həyatımızın bütün sahələrində necə tətbiq edildiyini göstərmək məqsədi daşıyır.

“ActInSpace” yarışmasının qalibləri hədiyyələrlə mükafatlandırılacaq, qalib komanda “Zero-G Airbus A310” parabolik uçuş etmək fürsəti əldə edəcək.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Qeydiyyat üçün: https://actinspace.org/

Xəbərlər

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi
21/08/2026

BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarında iştirak edəcək iddiaçıların nəzərinə!

BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarında iştirak edəcək iddiaçıların nəzərinə!
20/08/2026

BDU rektorunun müşaviri Asiman İlyasov ARACIS-in “Beynəlxalq Ekspert Reyestri”nə daxil edilib

BDU rektorunun müşaviri Asiman İlyasov ARACIS-in “Beynəlxalq Ekspert Reyestri”nə daxil edilib
19/08/2026