Tələbələr Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri ilə görüşüblər

28/11/2017

BDU-da  Karyera, praktika və məzunlarla əlaqə mərkəzinin təşəbbüsü ilə Geologiya fakültəsinin IV kurs tələbələrinin  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji-kəşfiyyat Xidmətinin Geoloji İstehsalat  şöbəsinin əməkdaşları ilə görüşü keçirilib. Adıçəkilən şöbənin rəis müavini Azadxan Səfərov istehsalat təcrübəsi , işəgötürmə haqqında ətraflı məlumat verib.

Daha sonra Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji axtarış və kəşfiyyat ekspedisiyalarında tədris planına uyğun olaraq istehsalat təcrübəsinin keçirilməsi və yekun buraxılış attestasiyasından sonra işlə təmin olunmaları müzakirə edilib.

Görüşdə Karyera, praktika və məzunlarla əlaqə mərkəzinin müdiri Adil Xasayev, Geologiya fakültəsinin dekanı Məhluqə Məmmədova,  dekan müavinləri iştirak  ediblər.

Mətbuat və İnformasiya şöbəsi, 27 noyabr 2017-ci il.

 

Xəbərlər

BDU-nun müəllimi Maqsud Babayev vəfat edib

BDU-nun müəllimi Maqsud Babayev vəfat edib
19/10/2026

BDU-nun şəhid məzunu Ataməli Musaoğlunun məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Ataməli Musaoğlunun məzarı ziyarət olunub
19/10/2026

BDU tələbələri üçün Bakı Zooloji Parkında innovativ dərslər

BDU tələbələri üçün Bakı Zooloji Parkında innovativ dərslər
19/10/2026