Tələbələr imtahan sessiyası haqqında nə düşünür?

09/01/2020

9 yanvar tarixində Bakı Dövlət Universitetində (BDU) 265 qrup üzrə 5918 tələbə imtahan verib. Tətbiqi riyaziyyat və kibernetika, Tarix, Kimya, Biologiya, Geologiya, Ekologiya və torpaqşünaslıq, Beynəlxalq münasibətlər və iqtisadiyyat, Hüquq, Kitabxanaçılıq-informasiya, Şərqşünaslıq və SABAH qruplarını əhatə edən imtahanlar başa çatdıqdan sonra müəllim-koordinatorlar ənənəvi olaraq yazı işlərini yoxlama üçün ayrılmış auditoriyalara təhvil veriblər. İşlər kodlaşdırılıb və yoxlama prosesinə başlanılıb.

Bəs gəlin görək, tələbələr imtahan prosesi, onun təşkili, keçirilməsi, qiymətləndirmə və nəticələr barədə nə düşünürlər?

Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 1-ci kurs, ingilis bölməsinin tələbəsi Adil Şükürov “Azərbaycanın və xarici ölkələrin siyasi sistemləri” fənnindən imtahan verib. Adilin imtahana giriş balı yüksək olub və biletə düşən beş sualın hər birinə dəqiq və hərtərəfli cavab verib: “İmtahanların təşkili və keçirilməsindən çox razı qaldım. Nəzarət ciddi idi. Tələbəyə biliyini ifadə etmək üçün bütün şərait yaradılmışdı. İmtahan başlayan kimi fənnin proqramı verildi və elan edildiyi kimi müəyyən vaxtdan sonra götürüldü. Hətta iki tələbəyə bir-birilərinə kömək etdikləri üçün xəbərdarlıq edildi. Xəbərdarlığın edilməsi, əslində belə halların bir daha təkrarlanmaması üçün yaxşı haldır. Tələbə yalnız özünə inanmalı, yaxşı oxumalı, bütün qayda-qanunlara əməl etməlidir. Razı qaldığım məqamlardan biri də bilet suallarının semestr ərzində keçilən dərsləri əhatə etməsi oldu”.


Geologiya fakültəsinin 1-ci kurs, Azərbaycan bölməsinin tələbəsi Nicat Sabirli ilk imtahanını verib. Giriş balı 45 olan tələbə imtahanın keçirilmə və nəzarət sistemindən razılıq etdi: “Bu gün ilk imtahanımızı Tarix fənnindən verdik. Suallar keçdiyimiz mövzularla üst-üstə düşürdü. Yaxşı hazırlaşmışdım, ona görə suallar mənə çox asan gəldi. Hamısını yazdım. İmtahan çox şəffaf keçdi. Hər kəsə uğurlar arzulayıram”.



Rəhimə Rəsulzadə: “Biologiya fakültəsinin 2-ci kurs tələbəsiyəm. Azərbaycan bölməsində təhsil alıram. İqtisadiyyat fənnindən imtahan verdik. Qrup olaraq imtahana giriş ballarımız yüksək idi. Yaxşı hazırlaşmışdıq. Qeyri-ixtisas fənni olsa da, çətinlik çəkmədik. İmtahanlardan da eyni balları, yəni nəticəmizi yüksək gözləyirik.



Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Beynəlxalq münasibətlər ixtisası üzrə ingilis bölməsində təhsl alan Rəsul Mehdiyev “Beynəlxalq təhlükəsizlik problemləri” fənnindən imtahan verib. Giriş balı 46 olan tələbə imtahanların təşkili və yaradılmış şəraitdən razılıq etdi. O, imtahan prosesində neqativ halların yaşanmadığını və köçürməyə hər hansı cəhdin olmadığını bildirdi.


Ümid Oruc Jurnalistika fakültəsinin sonuncu kurs tələbəsidir. "Beynəlxalq jurnalistika media sistemində" fənni ilə ilk imtahanına başlayan Ümid imtahanın təkcə onun üçün deyil, bütün  tələbələr üçün uğurla başa çatdığını bildirdi. Semestr müddətində seminar və kollokviumlara hazırlığın imtahan qiymətlərinə müsbət təsirindən danışdı: “Düşünürəm ki, bu il ərzində imtahanlar daha obyektiv yoxlanılır, ballar çox operativ şəkildə bəlli olur. Hər kəsə uğurlar arzu edirəm”.

Turanə Tağıyeva Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə magistratura pilləsinin birinci kurs tələbəsidir. O, ingilis bölməsində təhsil alır. Turanənin ilk imtahanı “Ali məktəb prdaqogikası” fənnindən olub: “İmtahana giriş balım 50 idi. Dərs vaxtı seminarlara və kollokviumlara hazır olduğuma, materiallardan əlavə ədəbiyyat oxuduğuma görə imtahana hazırlaşmaq çətin olmur. Çünki təzədən öyrənmirəm, sadəcə təkrar edirəm. İmtahan verən hər kəsə uğurlar arzu edirəm”.

Kimya fakültəsinin Kimya müəllimliyi ixtisasında təhsil alan Zümrüd MahmudovaŞövkət İsayeva da ilk imtahanlarını veriblər. İlk kurs, birinci imtahan olduğuna görə həyacanlı olsalar da, yaxşı nəticə gözləyirlər. Hər iki tələbə imtahanın təşkili və nəzarətdən razılıq etdilər.

 

 

video

Xəbərlər

BDU tələbələri arasında esse müsabiqəsi: “105 yaşlı elm və təhsil məbədi”

BDU tələbələri arasında esse müsabiqəsi: “105 yaşlı elm və təhsil məbədi”
08/10/2024

BDU-da buğda genotiplərində metal oksid nanohissəciklərin antioksidant fermentlərin fəaliyyətinə təsirinə dair araşdırmalar aparılır

BDU-da buğda genotiplərində metal oksid nanohissəciklərin antioksidant fermentlərin fəaliyyətinə təsirinə dair araşdırmalar aparılır
08/10/2024

BDU-nun Psixoloji yardım sektoru I kurs tələbələri üçün təlim keçirib

BDU-nun Psixoloji yardım sektoru I kurs tələbələri üçün təlim keçirib
07/10/2024