Tələbələr üçün Kino Klub təşkil edilib

06/10/2012

Bakı Dövlət Universiteti İlahiyyat fakültəsi Tələbə Həmkarlar Təşkilatı tələbələrin asudə vxtlarının səmərəli istifadə edilməsi istiqamətində daha bir addım atıb. Fakültə tələbələrinin istirahət günlərini maraqlı etmək, tələbələr arasında ünsiyyəti gücləndirmək məqsədi ilə hər həftənin şənbə günləri fəaliyyət göstərəcək Kino Klub təşkil edilib. Kino Klubu giriş sözü ilə açan İlahiyyat fakültəsi dekanı akademik V.M.Məmmədəliyev çıxış edərək bildirdi ki, tələbə həyatının canlandırılması yönündə atılan addımlar tələbələrdə sağlam düşüncə, vətənpərvərlik hisslərinin yüksəldilməsinə xidmət edir. Sonda Vasim müəllim İlahiyyat fakültəsi Tələbə Həmkarlar Təşkilatına öz fəaliyyətində uğurlar arzu etdi və Kino Klubun ilk filmi izlənib.

Mətbuat və informasiya şöbəsi, 06 oktyabr 2012-ci il.

Xəbərlər

BDU-da Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş dəyirmi masa

BDU-da Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş dəyirmi masa
07/10/2026

BDU Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti ilə anlaşma memorandumu imzalayıb

BDU Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti ilə anlaşma memorandumu imzalayıb
06/10/2026

BDU əməkdaşı “HackerRank Campus Crew 2026” proqramına seçilib

BDU əməkdaşı “HackerRank Campus Crew 2026” proqramına seçilib
06/10/2026