Tələbələrimiz Qazaxıstanda beynəlxalq konfransda iştirak ediblər

23/10/2018

Qazaxıstanın paytaxtı Astana şəhərində "Gənclərə investisiya" adlı beynəlxalq konfrans keçirilib. Konfransda müxtəlif ölkələrdən olan millət vəkilləri,  gənclər təşkilatlarının nümayəndələri, o cümlədən Qazaxıstan Respublikası Parlamenti Məclisinin müxtəlif komitələrindən gənc müşahidəçi deputatlar iştirak ediblər.

Konfransda Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin  tələbələri - “Gənc Diplomatların Peşəkar İnkişafına Dəstək" İctimai Birliyinin sədr müavini Azad Abıyev və "Bakı Gənclər Klubu"nun Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Sabir Rüstəmov təmsil edib, təqdimatla çıxış ediblər.

Onlar Prezident İlham Əliyevin uğurlu gənclər siyasəti, həmçinin gənclərə göstərilən dövlət qayğısından bəhs edib, könüllülük və mədəniyyətlərarası dialoqla bağlı təkliflər irəli sürüblər.

Sabir Rüstəmov Azərbaycanın müstəqillik tarixi, Azad Abıyev isə ölkəmizin Böyük Vətən Müharibəsindəki rolundan ətraflı bəhs ediblər.

Mətbuat və informasiya şöbəsi, 23 oktyabr 2018-ci il.

Xəbərlər

BDU-da geodinamik proseslərin şəhərsalmaya təsiri tədqiq olunur

BDU-da geodinamik proseslərin şəhərsalmaya təsiri tədqiq olunur
17/04/2026

BDU-da ustad dərsi: “Peyk məlumatlarının şəhərsalma və kadastr işində tətbiqi”

BDU-da ustad dərsi: “Peyk məlumatlarının şəhərsalma və kadastr işində tətbiqi”
17/04/2026

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin tələbələri BDU-nun Tarix fakültəsində

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin tələbələri BDU-nun Tarix fakültəsində
17/04/2026