Tələbələrin “Gələcəyin alimləri” adlı VII elmi konfransı

05/05/2022

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş Tələbələrin “Gələcəyin alimləri” adlı VII elmi konfransı keçirilib.

BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar mərkəzinin direktoru Mais Süleymanov tələbə elmi konfransının keçirilməsinin gələcək elmi tədqiqatçıların yetişməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Fakültə dekanı Bəxtiyar Paşayev qeyd edib ki, konfransa 100-ə yaxın tezis təqdim olunub, onların içərisindən 91-i seçilərək konfrans materiallarına daxil edilib. Bəxtiyar Paşayev üç məruzənin plenar iclasda, qalan işlərin isə bölmələrdə dinləniləcəyini nəzərə çatdırıb.

Plenar iclasda Fizika fakültəsinin II kurs tələbəsi Nərmin Qocayeva “Akustik rezonanslar və nitq siqnallarında rezonans tezlikləri” (elmi rəhbər Lətif Əliyev), II kurs tələbəsi Nigar Məmmədova “İmproving the performance of the triboelectric nanogenerator (TENG) by using microstructured nylon”  (elmi rəhbər Orxan Güləhmədov), IV kurs tələbəsi Şahanə Baxşıyeva “BF CYG simbiotik ulduzun parlaqlıq əyrisində periodik dəyişmələr” (elmi rəhbər Xıdır Mikayılov) mövzularında məruzə ediblər. Hər üç məruzə maraqla qarşılanıb.

Konfransın işi bölmələrdə davam etdirilib. “Nəzəri fizika və astrofizika” bölməsində 11, “İstilik fizikası və molekulyar fizika” bölməsində 22, “Bərk cisimlər fizikası” bölməsində 31, “Fizikanın tədrisi metodikası” bölməsində 22 məruzə dinlənilib. Tələbələrin fizikanın aktual problemlərini əhatə edən tədqiqat işləri professor-müəllim heyəti tərəfindən yüksək qiymətləndirilib.

Konfransın materiallarının toplu şəklində çap olunması qərara alınıb.

Xəbərlər

BDU-nun magistratura səviyyəsində 42 yeni ixtisaslaşma açılacaq

BDU-nun magistratura səviyyəsində 42 yeni ixtisaslaşma açılacaq
23/06/2026

BDU-nun “Azərbaycan hüquq jurnalı” daha bir beynəlxalq elmi indeks bazasına daxil edilib

BDU-nun “Azərbaycan hüquq jurnalı” daha bir beynəlxalq elmi indeks bazasına daxil edilib
23/06/2026

BDU ilə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb

BDU ilə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb
23/06/2026