Tələbələrin Quba Tədris-təcrübə və istirahət mərkəzində çöl-tədris təcrübəsi başlayıb

20/04/2018

Bu gün Bakı Dövlət Universitetinin Coğrafiya, Ekologiya və torpaqşünaslıq fakültələrinin tələbələri üçün çöl- tədris təcrübəsinə start verilib. Tələbələr adıçəkilən fakültələrin dekanları və təcrübə rəhbərləri ilə birlikdə avtobuslarla universitetin Quba Tədris-təcrübə və istirahət mərkəzinə yola salınıb. Tələbələrdən 118 nəfər Ekologiya və torpaqşünaslıq, 100-ü isə Coğrafiya fakültəsinin tələbəsidir. Qeyd edək ki, Misir Ərəb Respublikasının Ayn-Şəms Universitetinin professoru, ekoloji kimya üzrə mütəxəssis Haşem Elkassas Qubada tələbələrə mühazirə oxumaq üçün adıçəkilən mərkəzdədir.

Mətbuat və informasiya şöbəsi, 20 aprel 2018-ci il.

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026