Ötən il BDU-da 23 əcnəbi müəllim təlim-tədris prosesinə cəlb olunub

16/01/2024

2023-cü ildə Bakı Dövlət Universiteti (BDU) “Erasmus+ KA 171” beynəlxalq müəllim-tələbə mübadilə proqramı çərçivəsində 11 universitetlə müqavilə imzalayıb. Bunlar İstanbul Texniki Universiteti, Eskişehir Universiteti, Alexandru İoan Cuza Universiteti, Karlova Universiteti, Hacettepe Universiteti, Çukurova Universiteti, Bayburt Universiteti, Orta Doğu Texniki Universiteti, Tokat Gaziosmanpaşa Universiteti, Mykolas Romeris Universiteti və Firat Universitetidir. Ötən il proqram çərçivəsində BDU-nun 4 tələbəsi təhsil almaq üçün xaricə göndərilib. İl ərzində BDU-nun 9 əməkdaşı xarici universitetlərdə təcrübə keçib. 2023-cü il ərzində 18 nəfər müxtəlif universitetlərdən gələrək BDU-da təcrübə və tədrislə məşğul olub. Ötən il “Orhun” mübadilə proqramı çərçivəsində 3 tələbə BDU-da təhsil alıb. İl ərzində “Mevlana” proqramı çərçivəsində 2 müqavilə (Muğla Sıtkı Koçman Universiteti, Hacettepe Universiteti) imzalanıb.

2023-cü ildə BDU-da 23 əcnəbi müəllim təlim-tədris prosesinə cəlb olunub.

Xəbərlər

BDU-da “Zəfərin toponimik izləri” adlı tədbir

BDU-da “Zəfərin toponimik izləri” adlı tədbir
05/11/2026

BDU tələbələri üçün Qazaxıstanın Astana Beynəlxalq Universitetində təhsil almaq imkanı

BDU tələbələri üçün Qazaxıstanın Astana Beynəlxalq Universitetində təhsil almaq imkanı
05/11/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Zəfər yaddaşı” intellektual oyunu

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Zəfər yaddaşı” intellektual oyunu
05/11/2026