Ötən il BDU-nun 3200 tələbəsi karyera quruculuğuna dair təlimlərə cəlb olunub

30/05/2024

Bakı Dövlət Universiteti (BDU) əmək bazarının mövcud tələbatının nəzərə alınmasına, işəgötürənlərlə əməkdaşlıq əlaqələrinin qurulmasına böyük əhəmiyyət verir. Belə ki, 2023-cü ildə ölkədaxili əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məqsədilə 8 təşkilatla əməkdaşlıq müqaviləsi imzalanıb.
Hazırda 57 dövlət və özəl müəssisəsi, iri istehsalat şirkəti ilə əməkdaşlıq davam etdirilir.

Kadr hazırlığında əmək bazarının təlabatının nəzərə alınması məqsədilə işəgötürənlərlə birgə layihələr icra olunur. Ötən il işəgötürənlər tərəfindən karyera quruculuğu istiqamətində BDU-da tələbələrə 23 təlim və infosessiya, 17 təcrübə proqramı keçirilib, bir karyera sərgisi və iki karyera planlama xidməti təşkil olunub. İl ərzində 3200 tələbə təlimlərə cəlb olunub, 124 tələbə karyera quruculuğu istiqamətində konsultasiya alıb.

Xəbərlər

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob
07/11/2026