Ötən il BDU-nun Tarix fakültəsinin ixtisaslarına keçid balları artıb

14/02/2025

2024/2025-ci tədris ilində Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində bakalavriat səviyyəsinə 486 tələbə qəbul edilib, qəbul planı 93% dolub. Qəbul olunan tələbələrdən 4-ü 600-dən yüksək bal toplayıb. Bu tələbələr “Tarix” və “Tarix müəllimliyi” ixtisaslarına qəbul olunublar. Son üç ildə “Tarix”, “Tarix müəllimliyi”, “Regionşünaslıq” ixtisaslarında keçid ballarında artım müşahidə edilib.

Fakültədə 18 professor, 50 dosent, 39 müəllim və baş müəllim olmaqla ümumilikdə 142 əməkdaş fəaliyyət göstərir. Onlardan 21-i tarix üzrə elmlər doktoru, 77-si isə tarix üzrə fəlsəfə doktorudur.

2024-cü ildə fakültə tərəfindən 16 dərslik, 24 proqram, 11 monoqrafiya nəşr olunub, 200 elmi məqalə (156-sı respublika daxilində, 44-ü isə xarici jurnallarda, o cümlədən 6-sı “Web of Science” və “Scopus” bazasında) çap edilib. Tarix fakültəsi ötən il 5 elmi konfrans təşkil edib, onlardan 2-si beynəlxalq, 3-ü isə respublika səviyyəli olub.

 

Xəbərlər

BDU Özbəkistanın Namangan Dövlət Texniki Universiteti ilə əməkdaşlığa başlayır

BDU Özbəkistanın Namangan Dövlət Texniki Universiteti ilə əməkdaşlığa başlayır
29/10/2026

BDU-nun professoru Adilə Abbasova vəfat edib

BDU-nun professoru Adilə Abbasova vəfat edib
29/10/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin müəllimləri beynəlxalq uğur qazanıblar

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin müəllimləri beynəlxalq uğur qazanıblar
29/10/2026