“Topçubaşov” məhkəmə müsabiqəsinin qalibi BDU-nun "İsmayil bəy Ziyadxanlı" komandası oldu

28/06/2016

Bakı Dövlət Universiteti Hüquq fakültəsi Tələbə Elmi Cəmiyyəti tərəfindən keçirilən I Topçubaşov məhkəmə müsabiqəsinin final raundu keçirilib. Hüquqi arqumentasiyaya əsaslanan müsabiqədə Bakı Dövlət Universiteti Hüquq fakültəsinin tələbələri ilə birlikdə hüquqşünaslıq ixtisasında təhsil alan III kurs SABAH qrup tələbələri, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Dövlət Gömrük Komitəsinin Akademiyası və Milli Aviasiya Akademiyasının Hüquq fakültəsinin tələbələri iştirak ediblər. Final raundu Azərbaycan Respublikasının Ali Məhkəməsində keçirilib.
Müsabiqənin qalibi "İsmayıl bəy Ziyadxanlı" komandası olub. Qeyd ədək ki, komanda üzvlərindən iki nəfəri BDU-nun Hüquqşünaslıq ixtisasında təhsil alan III kurs SABAH qrup tələbələri Dunay Xasaylı və Durna Abdurəşidlidır.
BDU-nun Hüquq fakültəsinin tələbələri Bəhlul Yusifli, Şəbnəm Mirzəzadə, Tural Qüdrətli və Nüşabə Mahmudzadənin üzvü olduğu "Xəlil bəy Xasməmmədov" və SABAH qrup tələbəsi Mirhadı Səmidzadənin üzvü olduğu "Fətəli xan Xoyski" komandalarına isə sertifikatlar təqdim olunub.

Mətbuat və informasiya şöbəsi, 28 iyun 2016-cı il.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dən 21-dək ε-Perseid meteor yağışı olacaq”

BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dən 21-dək ε-Perseid meteor yağışı olacaq”
02/09/2026

BDU-nun 17 məzunu IV “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçısıdır

BDU-nun 17 məzunu IV “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçısıdır
02/09/2026

Xalq Cümhuriyyətinin Azərbaycan təhsilinə tarixi töhfəsi

Xalq Cümhuriyyətinin Azərbaycan təhsilinə tarixi töhfəsi
01/09/2026