Trend agentliyinin beynəlxalq əməkdaşlıq üzrə direktoru jurnalist-tələbələrlə görüşüb

23/12/2016

Trend informasiya agentliyinin beynəlxalq əməkdaşlıq üzrə direktoru Elçin Hüseynov Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin qonağı olub. Təmsil etdiyi agentliyin yaranması vəfəaliyyət istiqamətlərindən danışan Elçin Hüseynov, eyni zamanda, qurumun beynəlxalq əlaqələrindən, tanınmış informasiya agentlikləri ilə işbirliyivə beynəlxalq jurnalist təşkilatlarında təmsilçiliyindən bəhs edib. Bildirib ki, 1995-ci ildən fəaliyyətə  başlayan Trend informasiya agentliyinin Gürcüstan, İran, Qazaxıstan, Türkmənistan və Özbəkistanda, həmçinin bir sıra Avropa ölkələrində daimi müxbirləri var. Agentlik Azərbaycan, ingilis, rus, türk, fars və ərəb dillərində fəaliyyət göstərən xəbər xidmətləri sayəsində qeyd edilən dillərdə gündə təxminən 500 məqalə dərc edir. Qurumun bazası əsasında Trend Ekspert Şurası yaradılıb. Şuranın tərkibinə region və Qərb ölkələrinin 40-a yaxın tanınmış müstəqil eksperti daxildir.

Elçin Hüseynovun sözlərindən o da məlum olub ki, Trend informasiya agentliyi xarici auditoriyaya ən çox informasiya satışı ilə  məşğul olan yerli agentlikdir.

Diskussiya şəklində davam edən görüş tələbələrin çoxsaylı sualları ilə  yekunlaşıb.

Mətbuat və İnformasiya şöbəsi, 23 dekabr 2016-cı il.

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026