Trento Universitetinin rektoru BDU rektoruna təşəkkür edib

25/10/2016

İtaliyanın Trento Universitetinin rektoru Paolo Kollini Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmova təşəkkür məktubu göndərib. Məktubda deyilir: “İlk öncə sentyabr ayında gerçəkləşən BDU ziyarətimiz ərzində bizə göstərdiyiniz diqqətə və eyni zamanda olduqca səmərəli keçən görüşə görə Sizə öz minnətdarlığımı bildirmək istəyirəm. Sizinlə olan görüşümüz şəxsən Sizin və komandanızın bütün üzvləri haqqında ən xoş təəssüratlar yaratmışdır. Yaxın gələcəkdə Trentoda görüşəcəyimizə inanıram. Sizi bizim universitetdə qarşılamaq çox xoş olardı. İnanıram ki, bu, universitet və tələbələrimizin maraqlarına xidmət edəcək ikitərəfli əməkdaşlıq üçün çox gözəl bir zəmin yaradacaq”.

Mətbuat və informasiya şöbəsi, 25 oktyabr 2016-cı il.

Xəbərlər

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
12/11/2026

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub
12/11/2026

BDU-da Konstitusiya Gününə həsr olunmuş intellektual yarış

BDU-da Konstitusiya Gününə həsr olunmuş intellektual yarış
12/11/2026