Türkiyə Bilimlər və Texnoloji Araşdırmalar Qurumu ilə əməkdşalıq

31/08/2015

Türkiyə Bilimlər və Texnoloji Araşdırmalar Qurumunun ( TUBİTAK) Mərmərə Araşdırmalar Mərkəzinin Yer və Dəniz Bilimləri İnstitutunun müdiri professor Abdulla Karamananın rəhbərlik etdiyi nümayəndə heyəti BDU-da olub. Nümayəndə heyəti ilə keçirilən görüşdə universitetin  rektoru, akademik Abel Məhərrəmov  ölkələrarası münasibətlərdən, elm və təhsil sahəsində görülən işlərdən danışıb, həmçinin  universitetin tarixi, beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib.  Görüşdə BDU-nun Geologiya faklütəsinin dekanı A.Xasayev “Seysmologiya və Yer təkinin fizikası” kafedrası ilə “Bakıda Seysmik  risk qiymətləndirilməsi” mövzusunda birgə elmi işin həyata keçirilməsi məsələləri müzakirə olunub, əməkdaşlığın gələcək perspektivləri, birgə tədqiqat işlərinin aparılması barədə razılıq əldə olunub.  Görüşdə Təlim və tədris işləri üzrə prorektor, professor İradə Əliyeva, BDU- nun Geologiya faklütəsinin  “Seysmologiya və Yer təkinin fizikası” kafedrasının müdiri dos.Əli Novruzov, dekan dosent Adil Xasayev, dosent Əvəz Məmmədov, AMEA-nın müxbir üzvü Kərim Kərimov iştirak edib.

Mətbuat və İnformasiya şöbəsi, 31 avqust 2015-ci il.

Xəbərlər

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib
09/10/2026